Mədəniyyət

Nazir aktrisanı mükafatlandırdı - FOTO

16 İyun 2017 13:41
5 Şərh     Baxış: 2 967

Dövlət Gənc Tamaşaçılar Teatrının istedadlı aktrisası, Əməkdar Artist Kəmalə Hüseynova Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayev tərəfindən fəxri fərmanla mükafatlandırılıb.

Milli.Az bildirir ki, mükafatlandırma mərasimi Dövlət Gənc Tamaşaçılar Teatrında iyun ayının 14-də baş tutub. Aktrisa həmin zaman Astanada keçirilən V "Səhnədən salam" Beynəlxalq Teatr Festivalında iştirak etdiyi üçün mükafatı aktrisaya teatrın direktoru, əməkdar artist Mübariz Həmidov təqdim edib.
Fəxri Fərman bu günlərdə 50 illik yubileyi tamam olan aktrisaya kino və teatr sahəsində uğurlu fəaliyyətinə görə təqdim edilib.

Təəssüratlarını bölüşən aktrisa qazandığı uğurların və mükafatların bütün teatra məxsus olduğunu, ölkənin ən işgüzar və mehriban kollektivi ilə bir yerdə çalışdığı üçün özünü şanslı hesab etdiyini dilə gətirərək mükafata görə Mədəniyyət və Turizm Nazirliyinə öz dərin minnətdarlığını bildirib.

Məlumat üçün bildirək ki, Kəmalə Hüseynova 1990-cı ildən Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. K.Hüseynova teatrın cari reperetuarında olan bir çox tamaşalarda baş rolların mahir ifaçısıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

5 Şərh:

  • Anonim
    Anonim · 16 İyun 14:1423

    50 yas? Ay masallah hec vermek olmaz.

    Cavab yaz
  • Anonim
    niye · 16 İyun 16:5632

    55 de vermek olar

    Cavab yaz
  • Anonim
    Fəridə · 16 İyun 22:1812

    təbrik edirəm,sizi çoooox istəyirəm

    Cavab yaz
  • Anonim
    melek · 17 İyun 15:0710

    hec o yasi vermek olmaz men hemise bu aktirisani rolda gorende yasin bilmirdim deyirdim uzagi 45 yasi olar bele bir soz var deyiler ne qederqelbin temiz olsa daxilin cavan qalar men bu aktirisani cox istiyirem hem gozel aktirisa hemde istedadli aktirisa ad gunun mubarek suz bu ad alayiqsiz layiq oldugunuz adlari qazanasiniz ugurlar size

    Cavab yaz
  • Anonim
    lale · 17 İyun 16:0900

    mencede yawin vermey olmaz

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.