Mədəniyyət

“Mətanət bacı” filmə çəkilə bilmir - FOTO

6 Aprel 2011 17:36
Baxış: 1 196
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Məşhur "Bir qalanın sirri" filminin "Mətanət" rolunun ifaçısı, RSFSR-in əməkdar artisti Tamara Kokova uzun müddətdir ki, filmlərə çəkilməkdən məhrumdur.

Modern.az-ın məlumatına görə, buna səbəb, aktrisanın avtomobil qəzasından sonra aldığı zədələrdir. Bir neçə dəfə əməliyyat olunsa da, bu, Kokovanın çəkiliş meydanına qayıtmasına kömək etməyib.

Yeri gəlmişkən deyək ki, Mətanət bacı ötən ayın 15-də 77 yaşını tamam edib. O, 15 mart 1934-cü ildə Nalçikdə anadan olub. Milliyətcə osetin olan aktrisa, 1958-ci ildə Lunaçarski adına Dövlət Teatr İnstitunu bitirib. 1959-cu ildən "Gürcüfilm"də aktrisa kimi fəaliyyət göstərib. 1971-ci ildə RSFSR-in əməkdar artisti adına layiq görülüb.

Kokova, Azərbaycan kino tarixində də silinməz iz qoyub. Onun "Bir qalanın sirri" filmində yaratdığı "Mətanət" obrazı, film ekrana çıxan gündən azərbaycanlı uşaqların ən sevimli qəhrəmanına çevrilib. 1958-ci ildə görkəmli Azərbaycan kinorejissoru Əlisəttar Atakişiyev tərəfindən çəkilmiş bu filmdən sonra "Mətanət" adı Azərbaycanda sürətlə populyarlaşıb, valideynlər öz övladlarının adını "Mətanət" qoymağa başlayıblar.

"Fatimə" filmində oynadığı baş rola görə isə T. Kokova, Ümumitifaq Kinofestivalının prizini alıb.

77 yaşlı Tamara Kokova hazırda Moskvada yaşayır.

Milli.Az









Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.