Moskvanın qüdrəti, rəisin "mərhəmət"i
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yetər arvad üç gün idi ki, yağan yağışın altına qazan, ləyən, aftafa, sərnic, bayda, çaydan qoysa da evin su daman yerləri get-gedə artdığından evdə nə bir qab, nə də döşəmədə yer qalmışdı. Evin bütün bar-barxanası da islanmışdı. Yatmağa bir damcı quru yer qalmamışdı. Artıq evində iynə vurduğu müştəriləri də dağılışmışdı. Axı kim gəlib belə xaraba yerdə iynə vurdurardı. Xəstə burada sağalmaq əvəzinə, daha da ağırlaşa bilərdi...
Yetər arvad qırx il idi ki, kənddə ara həkimi, tibb bacısı işləyirdi. Onun dəmir qablı şüşə şprislərini demək olar ki hamı görmüşdü. Kənddə yatmayan, dəcəllik edən uşaqları "Yetər arvadın iynəsi" ilə qorxudurdular. Onu hamı gözütox, nəfssiz, birüzlü, kişi xarakterli insan kimi tanıdğı üçün el arasında ona "Erkək Yetər" deyirdilər...
Qardaşı qızı Sənəm də ona köməyə gəlmişdi. Yetər arvad lap yorulub əldən düşmüşdü. Evin bir küncündə oturub qazan-ləyənə damcılayan yağış suyunu pəncərədən atıb boşaldan Sənəmə baxırdı. Evinin yararsız hala düşməsi onu yaman əsəbləşdirmişdi. Sabah - üçüncü dəfə Rayon Təmir Tikinti İdarəsinin rəisinin yanına getməyə qərar verdi. Bu dəfə o, rəisə dişinin dibindən çıxanı deyəcəkdi. O, üzünü Sənəmə tutaraq yenə də giley-güzara başladı:
- Ay başına dönüm, belə də şey olar? Artıq iki aydır ki, evin damını külək aparıb. İki dəfə bu kopayoğlunun yanında olmuşam ki, evin sınıb dağılan şiferlərini yeniləsin. Elə hər dəfə də yalandan "ay arvad get, iki-üç günə gəlim düzəldəcəyik" deyib ağzımı boza verir. Amma bu dəfə əlimdən qurtara bilməyəcək.
Səhər tezdən Raykomun binası önünə gəlib rəisin gəlməsini gözləyən Yetər arvadı yağış tamam islatmışdı. Binanın gözətçi köşkündə oturan milis dəfələrlə "Yetər xala, gəlin burada gözləyin, yağış islatmasın" desə də, Yetər arvad yenə də durduğu yerdən tərpənmədi. Və nəhayət ki, rəisin "Qaz-24"-ü göründü və binanın arxa tərəfinə fırlandı. Yetər arvad tezcə özünü binaya saldı. Rəis arxa qapıdan girib pilləkənlərə yaxınlaşan məqamda onunla qarşılaşdı. Saçından, paltarından su daman Yetər arvad rəisin onun yanından görməzyana keçib pilləkənlərlə yuxarı qalxmasına imkan verməyərək, əli ilə olnun pencəyindən yapışaraq dilləndi:
- Yoldaş Məmmədquliyev, sən məni aldatmaqla əlinə nə gəlir? Sənin yanına gələndə məni hər dəfə inandırırsan ki, "get, gəlib düzəldəcəyik". Ayıb deyilmi sənin üçün, kimsəsiz bir qadını hər dəfə aldadırsan. Bil ki, mən kişi kimi qadınam. Kişi sözünə də kişi kimi inanıram. Buna görə də kənddə hamı mənə "Erkək Yetər" deyir. Sənin kimi fırıldaq insanlar isə min üzlü olur. Ayıbdır, vallah! Mən iki aydır, küləyin, yağışın altında qalmışam. Nə istəyirsən məndən? Dövlətin pulu ilə edəcəksən da, heyif olsun öz cibindən etməyəcəksən ki. Qabaqca beş-altı şifer dəyişiləsi idi, indi hər dəfə külək qalxanda qalanlarını da yerindən qopardıb dağıdır. Əgər bu gün evin damı düzəlməsə, əlimdən qurtara bilməyəcəksən.
Pencəyinin yaxası Yetər arvadın əlində olan rəis çuxurdakı gözlərini bərəldərək dilləndi:
- Bura bax Yetər qarı, həddini bil. Sən kimsən ki, mənim yaxamdan belə tutmusan? Nə ixtiyarla mənə hərzə-hədyan danışırsan? Mən otuz ildir rəhbər vəzifədə işləyirəm, sənin kimi həyasız sifətli insan görməmişəm.
Rəisin dediklərindən əsəbləşən Yetər arvad iki əlli onun yaxasından yapışaraq:
- Mən də qırx ildir ki, el-obada həkimlik edirəm, hələ səni sifətlisini görməmişəm. Sənin başına gör nə oyun açacağam! Səndən Moskvaya yazacağam, - deyə dilləndi.
"Moskvaya yazacağam" sözünü eşidən rəisin nitqi tutulub, dili kəkələməyə başladı. Sanki, Yetər qarının bayaqdan dediyi ağır təhqirli sözlər onun üçün unudulub getdi. Rəis qorxa-qorxa sağ əlini qaldırıb hələ də əlləri yaxasında olan Yetər qarının çiyinlərinə qoyub dilləndi:
- Yeee-tər xala, sənə qurban olum, sakitləş. Bağışla məni, bir az əsəbləşdim. Zəhrimara dönsün bu vəzifəni. Təmiz başımızı xarab edib. Sən get evə. Bu gün günorta özüm də gələcəyəm fəhlələrlə. Sənin evininin damının təmir edib, dəyişəcəyik. Heç narahat olma, heç yerə də şikayət etmə.
Yetər arvadın yumşaldığını görən rəis fürsətdən istifadə edərək bayaqdan pəncərədən onlara baxan sürücünü əlinin işarəsi ilə yanına çağıraraq, "Yetər xalanı düz kəndə, evlərinə apar", - deyə tapşırıq verdi.
Sürücü rəisin tapşırığını yerinə yetirdi. Yetər arvadı düz doqqazının önünə gətirib düşürdü. Aradan bir az keçmiş rayonun ən məşhur dülgər, ustalarından ibarət bir briqada taxta, şifer, sement, kərpic, qum yüklənmiş yük maşını ilə Yetər arvadın evinə gəldilər. Evə çatan kimi, hər kəs öz işinə başladı: taxta yonan kim, dəmir kəsən kim, uçuq yeri hörən, suvayan kim. Axşama kimi evin damı, sınıq-salxaq pəncərə və qapıları, uçuq divar və tavanı tam təmir etdilər. Ustalar rəisin göndərdiyi bəzi zəruri ev əşyalarını da evə daşımışdılar. Fəhlələrdən biri əşyalar içərisindən Kremlin əksi olan iri bir rəsm tablosunu çıxardıb evin divarına çaldığı mıxdan asdı.
Yetər xala isə divardan asılan bu tabloya baxaraq ürəyində "iki aydır yalvarmaqdan dilim qabar olub, amma məni it yerinə qoyan yox idi. Moskvaya şikayətin adını eşidən kimi gör necə qorxdular. Görəsən, bu Moskvadan qorxmasaydılar, başımıza nə oyunlar açardılar?" deyə düşündü.
Yusif Alı Afşar,
fəlsəfə doktoru, dosent
DİGƏR XƏBƏRLƏR
-
Hacıbaba Məmmədov teatr direktoru təyin olundu
-
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub
-
Tofiq Mirzəyev Bakıda dəfn olunmaq istəsə də, İsraildə torpağa tapşırılacaq... - (Foto)
-
Azərbaycanın Xalq artisti İsraildə vəfat etdi - (Foto)
-
“Sultan Həsən Bahadur” filminin təqdimatı keçirildi - (Foto)
-
Musiqi eyni dildə danışanda: Azərbaycan və Özbəkistan Gəncə səhnəsində görüşdü - (Foto)
XƏBƏR LENTİ
-
"Maaşımı verməsəniz, gedirəm!"
-
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edildi
-
Nəriman Həsənzadə yenidən süni tənəffüs aparatına qoşuldu
-
ABŞ-ın gizli İran planı ifşa olundu
-
Dənizdə batan şəxs müstəntiq işləyirmiş
-
Temperatur 40 dərəcə qalxacaq - Proqnoz
-
Ermənistan güləşçiləri Bakıya gəldi
-
Husilərlə Cüneyd qəbiləsi arasında döyüşlər başladı
-
“Şamaxı” Qətər klubuna qarşı yoxlama oyununa çıxacaq
-
"Bayer" yeni transferini etdi
-
Prezident İlham Əliyev Maldiv Prezidentini təbrik edib
-
Kürdəmirdə zəncirvari yol qəzası - Xəsarət alanlar var
-
Ölkədə hava necə olub? - Rəsmi
-
Ukraynadan Rusiya ordusunun itkiləri ilə bağlı son statistika
-
Cənubi Çin dənizində gəmi batdı - 23 nəfər itkin düşdü
-
Bakıda evdə meyit aşkarlandı
-
Naxçıvanda təcili tibbi yardım avtomobili aşdı - 4 yaralı var
-
Səudiyyə Ərəbistanında hava həyəcanı: Husilər neft obyektlərini hədəf aldı
-
Zelenski Rusiyanın Şimali Koreya planını açıqladı
-
Elbrus dağında faciə: İki alpinist öldü, dörd nəfər itkin düşdü
-
Şəkidə ağır qəza: Ölən və yaralanan var
-
Xəzər dənizində zəlzələ oldu
-
Əllərinizdə bu əlamətlər varsa, diqqətli olun
-
Göz dəymə və nəfsə qarşı xalq təbabəti





