Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Aktrisa Günəş Mehdizadə: "Ona vurulmuşdum…" - FOTOSESSİYA
13 May 2015 00:20
6 Şərh
Baxış: 25 177
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Aktrisa Günəş Mehdizadənin Milli.Az-a müsahibəsi.
- Günəş xanım, uşaqlıqlığınızın son gecəsini necə xatırlayırsınız?
- Mənim uşaqlıq illərim hələ bitməyib... Çox yaxşı xatırlayıram (düşüncəyə dalır).
- Bəs sənətə ilk addımlarınızı nə vaxtdan qoydunuz?
- Elə universitetdə oxuya-oxuya fəaliyyətə başladım. Bir neçə müddət YUĞ Dövlət Teatrında rəhmətlik Vaqif İbrahimoğludan dərs aldım. Onun kurslarında iştirak etdim. Daha sonra filmlərə çəkildim və s.
- Siz, o cümlədən "Qaranlıqlar çiçəyi", "Miras", "Sənin deyil" və s. kimi seriallarda da rol almısınız. Hazırkı serialların vəziyyəti və bir aktrisa olaraq sizə kəsilən qonorardan razısınız?
- Sözün düzü, seriallarımızda gedən inkişaf ildən-ilə daha qabarıq nəzərə çarpır. O ki qaldı qonorara, məsələn, mən hər deyilən qiymətə çəkilmirəm. Lovğalıq olmasın, amma özümə və sənətimə dəyər verirəm. Hətta elə bir film olar ki, orada nəyinsə xatirinə təmənnasız çəkilərəm, nəinki çox ucuz qiymətə.
- Maraqlıdır, niyə heç bir teatrda rəsmi olaraq adınız getmir? Hətta Tələbəlik illərində də uzun müddət YUĞ-a gedib-gəldiyinizi dediniz, amma heç orada da işləməmisiniz...
- Əslində, teatrı sevirəm, lakin qorxurdum, qorxurdum ki, teatra öyrəşərəm, sonra ayrıla bilmərəm. Mən Vaqif İbrahimoğlu kimi bir ustadın əlindən su içmişəm. Ona vurulmuşdum. Sənətinin heyranı idim. Ancaq o, dünyasını dəyişəndən sonra mən düşündüm ki, teatrda qalıb işləməyimin mənası yoxdur.
- Günəş xanım, Günəşdə olan hərarətin heç olmasa bir hissəsi sizdə varmı?
- Həddindən artıq var (gülür).
- Qaçdıqca nəyə çata bilmirsiniz?
- Bəzən elə şeylər olur ki, ona çatmaq istəyirsən, amma çatandan sonra adiləşir. Ona görə də çatmayanda daha gözəl olur, məncə.
- Mütaliə edirsiniz?
- Bəli, mütaliəni çox sevirəm. Çox zaman da klassik əsərlər oxuyuruam.
- Fərz edək ki, özünüz bir "kitab"sınız... Sizi tam oxuya biliblər?
- Tam oxuya biliblər desəm, yalan olar. Çünki hər bir insanın xarakter baxımından elə gizli tərəfləri olur ki, onu oxumaq bir az müşkül məsələ olur.
- Hansı tip insanlarla fikirləriniz düz gəlmir?
- Yalançı, vədinə xilaf çıxan, ikiüzlü və s. insanlardan uzaq qaçıram.
- Günəşin şüaları daimi sizi isidir, yoxsa ara bir kölgədə qalmaq məcburiyyətində qalırsınız?
- Günəş öz şüalarını heç vaxt məndən əsirgəmir (gülür). Kölgədə qalmağı sevmirəm.
- Sizi kölgədə qoymaq istəyən insanlar var?
- Bəlkə də var, amma düşünürəm ki, alınmayacaq...
- Ailə qurmusunuz?
- Bəli, ailəliyəm, iki övladım var.
- Həyat yoldaşınız sənət baxımından sizə dəstək çıxanlardandır?
- Mən sənətə gəldiyim gündən etibarən valideynlərim mənə dəstək olub, indi də dəstəkdirlər. Həyat yoldaşım da hər zaman yanımdadır və məni gözəl başa düşür.
- Axı nə olmalı idi?..
- Hal-hazırda anam yanımda olmalıydı...
- Bir quyunun dibinə düşsəniz, oradan hayqıraraq nəyə qarşı üsyan edərdiniz?
- Ədalətsizliyə...
- Mən, onsuz da, yaxşı bilirdim, bilirdim ki,.. Bu fikri necə tamamlamaq istərdiniz?
- Mən, onsuz da, yaxşı bilirdim ki, nə vaxtsa Günəş kimi parlayacağam.
Cavidan Abdullayev
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

DİGƏR XƏBƏRLƏR
-
Hikmət Mustafayevə yüksək vəzifə verildi
-
Bakıda V Beynəlxalq Gənclər Kino Festivalı SALAM keçiriləcək - (Video)
-
Əli İsa Cabbarovun maxinasiyaları və xarici maraqlar... - Kino İttifaqında nə baş verir?
-
Bu teatra Müslüm Maqomayevin adı veriləcək
-
Əməkdar incəsənət xadiminin məzarı dağılmış vəziyyətdədir - (Foto)
-
Bakıda axşam konsertləri davam edir - (Foto)
XƏBƏR LENTİ
-
Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək - Özbəkistan Prezidenti
-
Ürəyiniz üçün portağal yeyin
-
Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir - Şavkat Mirziyoyev
-
Bakıda binada yanğın törədildi
-
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
-
Sabah Cəlilabadın 30 yaşayış məntəqəsində işıq olmayacaq
-
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
-
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub - (Foto)
-
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar - (Foto)
-
Birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olublar - (Foto)
-
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - (Foto)
-
“Bu yolu birlikdə davam etdirməliyik” - Tahir Gözel
-
Ağdamda müəmmalı ölüm: 13 yaşlı qız evində ölü tapıldı
-
Ermənistanda hərbi qulluqçu əsgər yoldaşını öldürdü
-
"Sabah" - "Hapoel" oyununun hakimləri müəyyənləşdi
-
Prezident: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur
-
İlham Əliyev: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir
-
Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub - (Foto - Video)
-
Prezident İlham Əliyev: Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir
-
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib
-
Fransalı futbolçu Kastello Lukeba "Barselona"ya keçə bilər
-
Prezident İlham Əliyev: Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var
-
Prezident İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidentinin xüsusi rolunu qeyd edib
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub