Azərbaycanın ən bahalı və ən ucuz aktyorları: Kim nə qədər pul alır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Modern.azsaytıAzərbaycan aktyorlarının bir çəkiliş gününə tələb etdiyi qonorarın məbləğini araşdırmağa çalışıb.
Əməkdar artist Novruz Qartalın fikrincə, digər ölkələrlə müqayisədə Azərbaycanda aktyorlar az qonorar alırlar. "Azərbaycanda aktyorun çəkiliş gününə heç 200 manat vermirlər", - deyən sənətkar hesab edir ki, əslində məbləğ bu qədər olmalıdır:
"Aktyor narazılıq edəndən, qırğın-davadan sonra 150 verələr, ya verməyələr. Amma əslində ən azı 400-500 olmalıdır. Məsələn, Türkiyə və İranda belədir. Mən İranda bir seriala çəkildim. Günümə 200 manat verirdilər. Yemək, yol xərci, qalmaq üçün yerlə də təmin eləmişdilər. Artıq neçənci dəfədir ki, prezident yerli film və serialların çəkilməsi üçün pul ayrırır. İndi bizim üzərimizə düşən vəzifə etimadı doğrultmaqdır. Dövlətin ayırdığı pul aktyorlara çatmır".
Aktyor qonorarın yüksək olmalı olduğunu desə də, özü 50 manata da çəkilib: "Məsələn elə olub ki, balaca bir epizoda çəkmək istəyiblər. Gedib 20 dəqiqəyə çəkilib 50 manatımı almışam. Amma bunu da çarəsizlikdən etmişəm haa. Çünki maddi durumum yaxşı olsaydı, heç vaxt 50 manata çəkilməzdim".
Aktyor Faiq Mirzənin isə tələb edəcəyini qonorarın məbləği filmin büdcəsindən asılı olaraq dəyişir. Əgər ekran işinin normal büdcəsi varsa, 300 manatdan aşağı çəkilmir. Aktyor deyir ki, elə indi də neçə yerdən təklif gəlib, amma imtina edib: "Çünki mənim bu işə sağlamlığım, vaxtım gedir. Çəkilmək üçün ürəyim getmir. Elə sənətkarlarımız var ki, deyir, 1000 manata çəkilirəm, çəkirsən, çək, çəkmirsən, - yaxşı yol". Düz edir. Çünki həmin serialın, filmin ona ehtiyacı var. Yəni o serialda olacağı halda böyük reytinq gətirə bilər. Buna görə də filmlərin serialların çoxunda qeyri-peşəkarlar çəkilirlər. Yaxud da rejissorlar bölgə teatrlarına üz tuturlar. Çünki həmin aktyorlar həmişə diqqətdən kənar qaldıqlarından, çəkilmək istəyirlər".
Faiq Mirzənin dediklərinə inansaq, bu yaxınlarda çəkiləcəyi bir serialdan gününə 5 min manat qazanacaq: "Məsələn, bu yaxınlarda Türkiyədə çəkiləcək bir seriala təsdiq olunmuşam. Orada məndən başqa 20-yə yaxın azərbaycanlı aktyor çəkiləcək. Günlük qonorarımız təxminən 5 min manat olacaq. Ümumiyyətlə, orada qiymətlər belədir".
Əməkdar artist Kazım Abdullayev isə bu yaxınlarda Rusiyada çəkildiyi serialda hər gününə 250 dollar alırmış. Amma aktyorun dediyinə görə, bu, Rusiya üçün yüksək məbləğ sayılmır:
"Hələ mənə az verirdilər. Orada epizodda oynayan aktyorlar var ki, günlərinə 700 dollar alırlar. Rusiyada qiymətlər aktyorun peşəkarlığından və populyarlığından asılı olaraq 1000-10000 arasında dəyişir".
Qeyd edək ki, Azərbaycanda kinostudiyanın çəkdiyi filmlərdə nisbətən yaxşı qonorar - 300-350 manat verilir. Prodakşnlarda isə məbləğ o qədər də yüksək deyil. Məsələn, hansısa prodakşnın çəkdiyi ekran işində aktyor gününə 200 manatdan yüksək qonorar ala bilmir. Bəzən isə aktyorlarla müqavilə imzalanır və aylıq maaş danışılır. Kazım Abdullayevin dediyinə görə, bu rəqəm 1000-1200 manat təşkil edir.
Xalq artisti Ağaxan Salmanlı isə yarızarafat deyir ki, aktyorun gündəliyi nə qədər çox olsa, rejissorun başının ucalığıdır. Xalq artisti məsələyə fundamental yanaşılmasını tərəfdarıdır. Onun sözlərinə görə, dərk etmək lazımdır ki, aktyor həmin pulla həyatını qurur, ailə dolandırır. Təbii ki, burda da kateqoriyalar var: "xalq artisti", "əməkdar artist" və gənc aktyor.
"Məsələn, Yuli Qusman məni "Qorxma, mən səninləyəm" filminə çəkəndə günümə 400 manat verdi. Ülviyyə Könülün çəkdiyi "Vəkil hanı?" filmində günümə 200 manat alırdım. Osman Albayrakın çəkdiyi "Cavanlıq" serialında hər çəkiliş günüm 125 manat idi".
Aktyor deyir ki, heç vaxt günü 100 manatdan aşağı qiymətə çəkilməz: "Əgər o da tanışdırsa, yaxşı iş görürsə, sənət naminə gedərəm".
Əməkdar artist Aydın Əliyev isə 50 manata da çəkilib, 350 manata da. Məsələn, rejissor Aqil M.Quliyevin çəkdiyi reklamlarda bir gününə 350 manat alan Aydın Əliyev Nadir Diridağlının "Tək olanda qorxma" serialında da hər gününə eyni qədər pul alıb: "O serialda aktyor Ayşad Məmmədov isə 400 manata çəkilirdi. "Məhkumlar" serialından isə aylıq 500 manat maaş alırdım. Elə ay olub ki, cəmi bir çəkiliş günüm olub. Məsələn "Ağabəyovlar" serialında aylıq 500 manata müqavilə bağlamışdım. Sonra şərtlər dəyişdirildi və hər ayım 700-800 manata çıxırdı".
Xalq artisti Rafael Dadaşov isə bir çəkiliş gününə 500 manat qonorar tələb edir. Aktyor deyir ki, elə qiyməti yüksək olduğuna görə ona müraciətlər olmur.
Gənc aktyor Sərdar Rüstəmov isə bir çəkiliş gününə minimum 100 manat tələb edir. Onun sözlərinə görə, bundan aşağı qiymətə oynayan aktyor normal oyun göstərə bilməz:
"Eşitdiyimə görə, lap 20 manata çəkilənlər də var. Amma bu ayıbdır. Mən "Bir kəndin sevinci" serialına günə 100 manata çəkildim. Amma bir neçə günün çəkilişini iki sutkaya yerləşdirdilər".
Yəqin ki, indi qonorar məbləğinin açıqlayacağım aktyorların adını bayaqdan siz də gözləyirsiniz: Rasim Balayev və Fəxrəddin Manafov. Gündəliklərinin məbləğini özlərindən öyrənə bilməsək də, sənət yoldaşlarından yetərincə maraqlı faktlar əldə etmişik. Qeyd edək ki, Balayev hazırda ölkədə deyil, Manafov isə istirahət edir. Rasim Balayev Azərbaycanın ən bahalı aktyorudur. Araşdırmamız zamanı bəlli oldu ki, sənətkarı çəkiliş meydançasında görmək istəyən rejissor hər gün filmin büdcəsindən 1500 manat ayırmalıdır. Amma burada da tanış-dost anlayışları öz sözünü deyir. Əgər rejissor çox yaxın adamdırsa, R.Balayev ona 500 manat endirim edə bilər.
Xalq artisti Fəxrəddin Manafovun da qonorarı təxminən o qədərdir. Son vaxtlar daha çox xarici film və seriallarda rol alan Manafov məhz bu bahaçılığına görə yerli rejissorları qane etmir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda ölkənin ən dəbli uşaqları seçildi – gələcəyin podiumu “Azerbaijan Kids Best Model 2026” - FOTO
-
“Azərbaycanım” Beynəlxalq IX Uşaq və Gənc Rəsm Festivalı keçirilib - FOTO
-
Virtuoz skripkaçı Elvin Hoca Qəniyev Filarmoniyanın yubileyi münasibətilə Bakıda konsert proqramı ilə çıxış edəcək
-
Azərbaycan Dövlət Xor Kapellasının möhtəşəm konsert proqramı təqdim olundu - FOTO
-
Əli Əmirlinin "Kişi və qadın" əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanılıb - FOTO
-
Şirin Məlikova “Azərbaycanda nonkonformist incəsənət və son sosializm dövrünün ekoloji tənqidi” mövzusunda Böyük Britaniyanada ilə çıxış edib - FOTO
XƏBƏR LENTİ
-
Leyla Əliyeva Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub - FOTO
-
Andrey Plenkoviç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
Azərbaycanda istehsal olunan mallar Ermənistana ixrac olunub - FOTO
-
Ermənistan vətəndaşlarının apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb - FOTO
-
“Bu son videom olacaq”
-
Bu imtahanda 300 bal olmadı
-
Yeni direktor icra başçısının qardaşı imiş
-
Mahir Emreliyə bu ölkədən təklif var
-
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda şəhid ailəsini ziyarət ediblər - FOTO
-
Aşığın maşını yanıb külə döndü - VİDEO
-
"Kəpəz"in bıçaqlanan futbolçusu klubunu dəyişir
-
Gi Parmelin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
"Uzak Şehir"də sürpriz ayrılıq
-
Əli Əsədov Mixail Mişustinlə telefon danışığı aparıb
-
İlham Əliyevlə Məsud Pezeşkian arasında telefon danışığı olub
-
Bakıya şiddətli dolu düşməsinin səbəbi AÇIQLANDI
-
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb - FOTO
-
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda yerli sənətkarın yaradıcılığı ilə tanış olublar - FOTO
-
Sığorta şirkətlərinin açıq sığorta modeli tətbiq ediləcək
-
Bulvarda gənc qıza qarşı zorakılıq edən şəxs həbs olundu - VİDEO
-
İspaniya Kralı Prezident İlham Əliyevi təbrik edib
-
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda uşaq evini ziyarət ediblər - FOTO
-
Paytaxta yağan dolunun ölçüsü məlum oldu
-
Makron Prezident İlham Əliyevi təbrik edib





