Mədəniyyət

"Ögey ata" - ilin komediyası

12 Mart 2013 15:03
Baxış: 1 530
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Martın 18-i Bakının kinoteatrlarında "Planet Parni iz Baku" studiyasının çəkdiyi filmin premyerası olacaq. "Ögey ata" adlı yeni komediyanın rejissoru Vüqar Cəbrayılovdur. Ssenariçi və baş rolun ifaçısı - məşhur yumoristik aktyor Fərda Xudaverdiyevdir. Xatırladaq ki, onun sonuncu işi "Toy" filmi olmuşdur. Yeni filmin prodüserləri TahirCabir İmanovlar və Emin Məmmədovdur.

Filmin qəhrəmanının adı Kəramətdir. Onun həyatının başqalarından fərqliliyi ondadır ki, həyatın enişli-yoxuşlu yollarında ozünü sanki İpək yolundakı kimi hiss edir. Öz diliylə desək, "çox böyük hörmətə sahibdir". Düzdür, borcu hörmətindən daha çoxdur, amma siz indi təsəvvür edin ki, onun nə qədər borcu var. Hər zaman "halallıqla" dolanmaq istəsə belə, sonda "haqsızlıqla" qarşılaşır. Əgər Kəramət Kəramətdirsə, bu belə davam edə bilməz! Bir anda hər şeyi öz xeyrinə dəyişmək arzusu ilə qəti qərar verir və hər şey buradan başlayır!

Maraqlıdır ki, türk aktyoru İlhan Özbəy filmdə iştirak etmək üçün dəvət alıb. Filmdə eləcə də Xəyalə AbbasovaTeymur Məmmədov çəkiliblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.