Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gecə oxusu: Elektron elçi
15 Dekabr 2012 00:30
0 Şərh
Baxış: 1 627
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Elektron elçi
Həyatda özünə layiqli ömür-gün yoldaşı tapmaq çox müşkül işdir. Bəziləri bütün həyatları boyu bu məsələni həll edə bilmirlər. Bunu nəzərə alıb konstruktor büromuzda, asudə vaxtlarımızda ictimai əsaslarla xüsusi maşın düzəltdik və onu "EE-1" adlandırdıq. Bu, "Elektron elçi" deməkdir. Gələcək ömür-gün yoldaşın haqda bütün məlumatları (yəni onu necə təsəvvür edirsən, maaşı və s.) qoyursan maşının ağzına... Beş dəqiqə ötmüş cavab hazırdır: o, filan yerdə yaşayır, maaşı filan qədər, soy adı - bu, iş yeri filan yer və s.
Maşın hamının xoşuna gəlir; böyük, yaraşıqlı və parlaqdır. Bir əngəli var ki, hələ təcrübədə yoxlanılmayıb, sınaqdan çıxarılmayıb. Ona görə, hələ açıb-ağartmırıq, belə bir maşının mövcud olduğunu aləmə car çəkmirik. Hər halda ciddi məsələdir, özün üçün qaloş yox, həyat yoldaşı seçirsən... Budur, şöbə rəisi məni çağırıb:
- Bilirsən, nə var, Sanya - dedi. - Belə qərara gəlmişik ki, maşını sənin üzərində sınaqdan keçirək. Gəncsən, subaysan, maaşın azdır. Müvəffəqiyyət qazanmasan da, səndən ötrü heç kim gözünün qorasını tökməz. Risq et! Yayda səni məzuniyyətə də buraxaram.
Nə isə, məni dilə tutdu. Mən də kağız-qələm götürüb bütün məlumatları yazdım. Yazdım ki, gələcək ömür-gün yoldaşımı bir ideal qadın kimi necə görmək istərdim və s. Sonra kağızı baxmaq üçün müdirə uzatdım.
- Olar,- o dedi,- hər şey yerli-yerindədir! Öz idealını necə lazımdırsa, təsvir etmisən! Təbrik edirəm! Amma bilirsən,... əgər çətin deyilsə,... qeyd elə ki, seçdiyin adam gərək "Əməyə və müdafiəyə hazıram" kompleksinin normativlərini yerinə yetirmiş olsun. Bu, bir növ, rəsmiyyət xatirinədir. Vərəqi təsdiq üçün direktorluğa təqdim etməliyəm. Qorxuram "əmma"sı çıxa. Fikirləşərlər sən (elə mən də), bu məsələni qiymətləndirmirsən.
- Nə deyirəm ki..
Onunla razılaşıb kağızı götürdüm. Əməyə və müdafiəyə hazəram normativlərinə dair əlavələrimi etdim.
- İndi hər şey qaydasındadır. Gedək yerli komitəyə. Xahiş etmişdilər ki, hazır olan kimi onlara göstərək.
Yerli komirənin sədri də mənim idealımı bəyəndi. Amma gələcək ömür-gün yoldaşımı ictimaiyyətçi kimi göstərməməyim onu narazı saldı. Xahiş etdi ki, bu barədə də düzəliş aparım. Kağız direktor müavininə təqdim olunmalıdır. Sevgilim ictimai işlə məşğul olarsa, bu mənim xeyrimədir.
Çiyinlərimi çəkib bir sətir də əlavə etdim.
Direktor müavini seçdiyim qadına bir şərtlə razılıq verdi: ömür-gün yoldaşın, heç olmazsa, bir xarici dil bilsin. Etiraz etmək istədim, amma o, dostyana əlini çiynimə qoyub:
- Başa düş, - dedi, - indiki zamanda bunsuz heç nə. Zəmanə belə tələb edir. Bu günün ziyalısı hökmən xarici dildə danışa bilməlidir. Məncə, sən də istəməzsən ki, sevib-seçdiyiniz və nəhayət, evlənəcəyin adam ziyalı, mədəni olmasın.
Bəli, bunu istəməzdim. Ona görə köks ötürüb bir cümlə də artırdım.
Sonrası daha pis gəldi. Kadrlar şöbəsinin müdiri tələb edirdi ki, gələcək arvadımın bir neçə təşəkkür almasını arzulayım. Həm də yaxşı olardı ki, həmin təşəkkürlər şəxsi işinə də tikilsin.
Direktor nədənsə hökmən istəyirdi ki, o, pal-paltar toxumağı bacarsın...
Uzun sözün qısası, mənim ərizəm, axır ki, təsdiq olundu. Dürüstləşdirilmiş məlumatlar təntənəli şəkildə "Elektron elçi"yə təqdim edildi. Başladıq gözləməyə. Beş dəqiqə keçmədi ki, maşın nəticəni bildirdi: arzuladığım qadın bizim institutda işləyir. Özü də kitabxananın müdiri - Dina Qriqoryevnadır.
Çaşıb qalmış şöbə rəisinin alnında tər puçurlandı:
- Səndən heç gözləməzdim, Sanya! İşi gör nə yerə çatdırmısan... O ki, səndən on beş yaş böyükdür!
Direktor müavini başını yellədi:
- Ayıbdır, cavan oğlan. Mədəni adamlar belə hərəkət etmirlər! Dina Qriqoryevna iyirmi ildir ərə gedib. İki uşağı var.
Kadrlar şöbəsinin müdiri:
- Yəqin maaşına tamah salıb, - deyə tez nəticə çıxartdı.
- Nə danışırsınız? Mən,... mən ki,... o ki,... mənim xoşuma gəlmir! -deyə özümdən çıxdım.
Şöbə rəisim qımışdı:
- Bizə ağzına gələni deyə bilərsən, maşını isə aldada bilməzsən. Qardaş, elektronika dəqiq elmdir. Hə...ə... Anlamıram, o Dina Qriqoryevnanın nəyinə vurulmusan axı?
Direktor qorxuya düşdü:
- Bəlkə aranızda nəsə olub, biz bilmirik?! Birdəfəlik başa düş ki, sənin ailə dağıtmağına göz yuma bilmərik.
- Aramızda heç nə olmayıb!- deyə səsimi qaldırdım. - Olmayıb və olmayacaq da!!!
Kadrlar şöbəsinin müdiri:
- Öz arzusuna görə işdən azad edin, - dedi. - Qoy başqalarına da dərs olsun!
Hamı onun tərəfini saxladı. Beləliklə, öz xahişimlə işdən çıxdım. Maşınla mübahisə etməyəcəkdim ki... Bundan sonra öz fikrimin üstündə daha möhkəm dayandım: nə deyirsiniz, deyin, həyatda özünə layiqli ömür-gün yoldaşı tapmaq çox çətin işdir.
Tərcümə edən: Akif Abbasov
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Görkəmli sənətkar Rafael Dadaşovun 80 illik yubileyi münasibətilə anım tədbiri keçirilib - (Foto)
-
Dünya ulduzları Bakıda keçiriləcək möhtəşəm beynəlxalq tədbir – Azerbaijan Dance Festival haqqında - (Video/Foto)
-
Qara Qarayevin “Yeddi Gözəl” baleti növbəti dəfə tamaşaçılara təqdim olundu - (Foto)
-
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası yeni layihəyə start verir
-
“Ələkbər Rzaquliyev: qrafik irsə baxış” adlı mühazirə keçirilib - (Foto)
-
“Üç gün, üç fərqli heyət, bir möhtəşəm ‘Turandot’ – dünya opera ulduzları Bakıda!”
XƏBƏR LENTİ
-
Bir həftədə 327 piyada əleyhinə mina tapıldı
-
“Zəng edib efirdən sildirirdi” - Ramiz Mehdiyevlə bağlı gözlənilməz iddia - (Video)
-
Azərbaycan Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - (Foto)
-
“Ölümün bir addımlığında” kitabı işıq üzü gördü - (Foto)
-
İstanbul boğazında gəmi hərəkəti dayandırıldı
-
İranın daxili işlər naziri Azərbaycana gəlib
-
Rəqsanənin qızı Suel pilot olacaq - (Video)
-
Bakının bu rayonlarında torpaq kəskin bahalaşdı - Siyahı
-
Gümüş bahalaşdı, qızıl ucuzlaşdı
-
Kamboca Krallığının Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub - (Foto)
-
Azərbaycanda maaşlar artıb
-
Pulunu dollara dəyişmək istəyənlərin nəzərinə
-
Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra şəxslər cəzalandırılıb - (Foto)
-
Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü
-
Bərdədə avtomobil piyadanı vuraraq öldürüb
-
Neftin qiyməti kəskin ucuzlaşdı
-
“Gülə-gülə ağlamışam, gözümdən yaşlar axıb” - (Video)
-
Şadlıq sarayında 49 yaşlı kişi bıçaqlandı
-
Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Yaponların "5S" qaydası: Səliqəsizliyi 10 dəqiqədə aradan qaldırın
-
Nə türk qəhvəsi, nə də amerikano - Ən sağlam qəhvə bəlli oldu
-
Televizorda görüntü keyfiyyətini belə artırmaq olar
-
110 yaşdan çox yaşayan insanların sirri
-
Ətir istifadə edənlərə xəbərdarlıq