Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ən unudulmaz teletamaşaların müəllifi...
15 Oktyabr 2012 18:52
0 Şərh
Baxış: 954
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Altay Məmmədov ədəbiyyata nasir kimi gəlmiş, 1950-ci ildən başlayaraq hekayələrini müxtəlif mətbuat olqanlarında çap etdirmiş və bu yazıları ilə ədəbi ictimaiyyətin diqqətini çəkmişdir. O, həm də ədəbiyyatşünaslıq elmimizin, ədəbi tənqidin, ədəbiyyat tariximizin mükəmməl bilicisi idi.
Altay Yusif oğlu Məmmədov 1930-cu il mayın 15-də Gəncə şəhərində doğulmuşdur. Orada 4 saylı fəhlə-gənclər məktəbini bitirmiş, 1943-1949-cu illərdə saatsaz şagirdi, usta köməkçisi və usta peşələrində işləmişdir. 1949-cu ildə H.Zərdabi adına Pedaqoji İnstitutun dil-ədəbiyyat fakültəsinə daxil olmuş və oranı fərqlənmə diplomu ilə bitirmiş, həmin institutun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş müəllim vəzifəsində saxlanmışdır.
Hələ tələbəlik illərində "Kirovabad fəhləsi" qəzeti redaksiyasında korrektor, "Gəncə kommunisti" qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində çalışmışdır.
1950-ci ildə "Ədəbiyyat qəzeti"ndə dərc edilən "fəhləlikdən alimliyə" oçerki ilə ədəbi aləmə qədəm qoyan Altay Məmmədov özü artıq belə bir işıqlı ömür yolunun yolçusuna çevrilmişdi. Filologiya elmləri namizədi, əməkdar incəsənət xadimi idi. 1962-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Gəncə filialına rəhbərlik etmişdi. Gəncə şəhər Sovetinin deputatı kimi sayılıb-seçilirdi, orden və medallarla təltif edilmişdi, çalışdığı universitetdə yüksək vəzifələrdə işləmişdi. Bir sözlə, əsl nüfuz sahibi idi. Ancaq bu nailiyyətlərin heç biri onun şəxsi davranışında hiss olunmurdu. O, tələbələrinin yaxın dostu idi və hər zaman onların yanında idi. Dərs dediyi tələbələrin əksəriyyətinin 10-15 ildən sonrakı düşkün, əzgin görkəmi onu çox ağrıdırdı. Altay Məmmədov həssas bir sənətkar kimi yaxşı bilirdi ki, bu düşkünlük, əzginlik sovet həyat tərzinin yerlərdə ziyalılara olan təpkisindən qaynaqlanır. Həmişə bu ağrısını ifadə edər, tələbələrinə "geyim-geciminizə fikir verin, şux olun, özünüzü zəmanənin ayağına verməyin" deyərdi. Bir də deyərdi: "Küçədən-filandan keçəndə özünüzü maşından qoruyun, elə sürücülər var, adamı vurub, meyidinə də iş kəsdirər". Bu sözlər Altay Məmmədovun yaşadığı mühitin qanunlarına üstüörtülü ironiyası idi... Onun nəzərdə tutduğu maşın əslində sovet idarə sisteminin dəmir mancanağı idi.
İki ən maraqlı tamaşa "Həmyerlilər" və "Kişilər"...
O dövrdə yazıçının iki çox məşhur olan televiziya tamaşası vardı - "Həmyerlilər" və "Kişilər". İndi televiziya ekranlarında belə tamaşaların yoxluğu daha artıq hiss edilir. Altay Məmmədovun "Həmyerlilər", "Kişilər", "Yadındamı", "Ulduzlar görüşəndə" və b. dram əsərləri Azərbaycanda, eləcə də Rusiyada, Tacikistanda, Bolqarıstanda, Türkiyə və İranda tamaşaya qoyulub, bir sıra əsərləri ispan, ingilis, ərəb, fars, macar, eston, tacik və tamil dillərinə tərcümələrdə çap edilib. Onun "Dəli Domrul" əsəri əsasında Bakı Bələdiyyə Teatrının hazırladığı eyni adlı tamaşa İstanbulda keçirilən "Kitabi-Dədə Qorqud" günlərində uğurla nümayiş etdirilib və türk mətbuatı tərəfindən yüksək qiymət alıb.
Altay Məmmədov eyni zamanda tərcümə ilə məşğul olmuş, Əbdüqəhhar İbrahimovun "Ilk busə", Otar İoselianinin "Araba hələ aşmayıb", Vasili Şukşinin "Diribaş adamlar" pyeslərini rus dilindən azərbaycancaya çevirmişdir.
Altay Məmmədov həmin dövr gəncliyinin sevimli şairi Əli Kərimin ən yaxın dostu, sirdaşı idi. Əli Kərim haqqında qəzet-jurnal səhifələrində olan unudulmaz xatirələrini çap etdirərdi. Əli Kərim itkisi onu çox ağrıdırdı, bu niskili daim ürəyində gəzdirirdi.
Altay Məmmədov 1958-ci ildə çapdan çıxan "On birinci açar" adlı ilk hekayələr kitabı ilə ədəbiyyata istedadlı bir nasir kimi daxil oldu. Onun yaradıcılığında hekayə janrı mühüm yer tutur. "Narınc", "Anam qocalmışdı", "Uvertüra", "Məhəbbətin səsi", "Gülab nəfəsli" və s. hekayələri bu janrın gözəl nümunələrindən sayılır. Xüsusilə, "Məhəbbətin səsi" və "Gülab nəfəsli" hekayələri o illərdə oxucuların ən çox sevdiyi nəsr əsərlərindən idi. Bu iki hekayədə müəllif saf, təmiz məhəbbətin əbədiliyi ideyasını irəli sürürdü. Cavan bir həkim gözəl gələcəyi olan bir müğənni qızı yol qəzası zamanı xilas edib həyata qaytarır. Sonra bir-birini sevən iki gəncin evlənmək arzusu ürəyində qalır. Çünki oğlanın atası bu evliliyə razılıq vermir. Amma müğənni qızın səsi bütün ömrü boyu həkimi təqib edir, dünyanın hər yerində o səs nəğmələr oxuyur. "Mən üzümü yuxarı tutdum: oxu, bülbül dedim, mənim kimiləri sənin qədrini bilməzlər". Müəllif "Gülab nəfəsli" hekayəsində yenə həmin mövzuya qayıdır.
Yadigar qalan kitablar
Altay Məmmədov iki görkəmli Azərbaycan yazıçısı - İlyas Əfəndiyevdən və Ənvər Məmmədxanlıdan sonra lirik hekayə janrının gözəl nümunələrini yaradıb, bu iki görkəmli yazıçının yolunu davam etdirib.
Altay Məmmədov "Azərbaycan hekayəsi" adlı çox sanballı bir monoqrafiyanın da müəllifidr. Müəllif bu əsərində Azərbaycan hekayəsinin qaynaqlarına üz tutur, realist hekayənin yaranmasına qədərki mərhələni araşdırır. Burada heç şübhəsiz, şifahi xalq yaradıcılığı - dastanlar, qaravəllilər, zərbi-məsəllər, rəvayətlər, daha sonra epik poeziyamızda mənzum hekayələr mühüm rol oynamışdır.
Altay Məmmədov Gəncədə Nizami Dövlət Poeziya Teatrının yaradıcılarından biriydi və o teatrın bir çox tamaşalarının ssenarilərini də o yazmışdı. Altay Məmmədov Gəncədə yaşayırdı, amma onun əsərləri ispan, ingilis, ərəb, fars, macar, eston, tacik və başqa dillərə tərcümə edilirdi, Moskvada üç kitabı çapdan çıxmışdı, "Mahnı" povesti Şri-Lankada, Hindistanda ayrıca kitab şəklində oxuculara çatdırılmışdı.
Altay müəllim ədəbiyyatşünaslıq elmimizin, ədəbi tənqidin, ədəbiyyat tariximizin də mükəmməl bilicisi idi. Həm klassik, həm də çağdaş ədəbi prosesi dərindən mənimsəmişdi. "Dədə Qorqud"u, Nizamini, Füzulini, Vaqifi, Mirzə Cəlili, Əbdürrəhim bəy Haqverdiyevi hansı elmi səriştəliklə şərh edirdisə, S.Vurğunu, R.Rzanı, B.Vahabzadəni, İ.Şıxlını, M.Arazı, Y.Səmədoğlunu, Anarı, Elçini, Ə.Əylislini, M.Süleymanlını, R.Rövşəni, Ə.Salahzadəni, İ.İsmayılzadəni də eyni duyum və fikir aydınlığı ilə tələbələrinə öyrədirdi. Sabir Əhmədlinin "Qanköçürmə stansiyası" əsəri haqqında danışanda deyirdi ki, mən bu mövzunun dəfələrlə böyründən ötüb keçmişəm, ancaq bu mövzuda belə gözəl bir əsər yazmağın mümkünlüyü heç ağlıma da gəlməyib.
Altay Məmmədov 2003-cü il iyulun 15-də Gəncədə vəfat etmişdir.
"Azadlıq" qəzeti

DİGƏR XƏBƏRLƏR
-
“Klassik Musiqi Zamanı” layihəsi çərçivəsində “Dünya dillərində musiqi” adlı konsert keçirilib – FOTO
-
“Küləklər şəhərinin salnaməsi" XIX–XXI əsrlər rəssamlarının əsərlərində Bakı adlı sərginin açılış mərasimi keçirilib - FOTO
-
O filmdə danışan Nəsibə Zeynalova deyilmiş... - VİDEO
-
Milli Teatrın yeni premyerası: “Kral Lirin faciəsi" - FOTO
-
“Azərbaycan müsiqisi təsvirisənətdə “ günləri Xətai Sənət Mərkəzində baş tutdu - FOTO
-
Dövlət Uşaq Filarmoniyasında Avropa Gününə həsr olunmuş konsert proqramı baş tutub - FOTO
XƏBƏR LENTİ
-
Azərbaycanda elektron siqaret qadağası: Bir ay yarımda bazar necə dəyişdi?
-
Rəşad Xanlarov müşavir oldu
-
Xanımı 27 yaşında xərçəngəndən ölən tiktokerdən təsirli PAYLAŞIM - VİDEO
-
Mina Hasman: “Bakı Ağ Şəhər” layihəsi şəhərlərin regenerativ inkişaf modelinin nümunəsidir
-
Bakıda məscidə girməyə görə pul tələb olunur? - VİDEO
-
Alimentə görə həbs edilənlərin sayı açıqlandı
-
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın
-
Kaliforniyada onminlərlə insan təxliyə edildi
-
"Yalçın Rzazadə ölümündən 2 ay əvvəl məndən HALALLIQ İSTƏDİ"
-
Ölkədə 18 yaşadək anaların sayı AÇIQLANDI
-
Prezident İlham Əliyev Slovakiya Baş nazirinin müavinini qəbul edib - FOTO
-
"Sabah"ın Çempionlar Liqasındakı mümkün rəqibləri bəlli oldu - SİYAHI
-
Prezident İlham Əliyev Mavriki Prezidenti ilə görüşüb - FOTO
-
Küçədə Cem Yılmaza sərt reaksiya: “Allah bəlanı versin!” - VİDEO
-
Rəsul Çunayev atası ilə bağlı maraqlı xatirəni bölüşdü: "O cümləni əzbərləmişdi"
-
Şəhər mərkəzi dəyişir - Yeni model AÇIQLANDI
-
"Neftçi"nin Konfrans Liqasındakı rəqibləri kimlərdir?
-
Ayın 20-də yağış intensivləşəcək, dolu düşəcək - PROQNOZ
-
Gündə 20 dəqiqədən çox skuter sürmək TƏHLÜKƏLİDİR
-
"Eurovision"da səsvermə qalmaqalı: Televiziya rəhbəri istefa verdi
-
Aylığı 500 manat olan bağçada vəziyyət - "Uşağıma müəllimlər şiddət göstərib" - VİDEO
-
Kurtua klub sahibi oldu
-
"Ağıllı şəhərlər" - bəşərin gələcək komfortu, yoxsa yeni miqrasiya problemləri? - ARAŞDIRMA
-
"9 aylıq körpəmi İTİRDİM, getsinlər uşaqlarının qəbrinin yerini tanısınlar"