Mədəniyyət

"Sehrli xalat"ın sehrinə düşənlərdən birinin xatirələri - FOTO

30 Oktyabr 2012 03:30
0 Şərh     Baxış: 4 882
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Əlisəttar Atakişiyev kinomuzun həqiqi mənada yaradıcılarından biri olub. "Arşın mal alan", "O olmasın, bu olsun", "Uzaq sahillərdə" kimi ekran əsərlərinin quruluşçu operatoru olması onun necə yüksək peşəkar olmağına dəlalət edir. Operatorluq sənətindəki uğurları ilə kifayətlənməyən Ə.Atakişiyev milli kinomuzda nağıl janrının yaradıcısı missiyasını nəinki öz çiyinlərinə götürüb, bu missiyanı ən layiqli şəkildə yerinə yetirib. "Bir qalanın sirri", "Qərib cinlər diyarında" kimi filmlər gənc kinosevərlərin bir neçə nəslinin təxəyyülünün formalaşmasında öz rolunu oynayıb. Ə.Atakişiyevin "Sehrli xalat" ekran əsəri isə kinomuzda ilk fantastik uşaq filmi olmaqla bu gün də maraqla baxılan filmlər sırasındadır. Filmdə Eldar rolunu ifa edən, hazırda Mədəniyyət və Turizm Nazirliyinin Kino İdarəsinin milli kinonun təbliği sektorunun rəhbəri Yusif Şeyxov uşaqlığının ən parlaq təəssüratlarından birini oxucularımızla bölüşdü:

Yusif Şeyxov:

- Ekranlara çıxdığı birinci il ərzində keçmiş SSRİ ərazisində "Sehrli xalat" filminə 10 milyon tamaşaçı baxıb. Həmin müddət ərzində bu ekran əsərini Azərbaycan ərazisində 250 min tamaşaçı seyr edib. Bu film göstərilmə və tamaşaçı toplama keyfiyyətinə görə bu gün də telekanallarda liderliyi əlində saxlayıb. Beləliklə, "Sehrli xalat"ın sehrinə yeni nəslin də nümayəndələri düşüblər. Bu isə ilk növbədə quruluşçu rejissor Əlisəttar Atakişiyevin xidmətidir. Mən həmişə onu böyük məhəbbətlə xatırlayıram.

- Sizin bu sehrbazlıq və kosmos sirlərindən ibarət filmə düşməyiniz necə baş verdi? Yəqin, çox vaxt belə hallarda olduğu kimi məktəbdən gəlib seçiblər?

- Elədir. 23 nömrəli məktəbin 2-3-cü sinfində oxuyanda filmin yaradıcı heyətinin üzvləri gəlib məni seçdilər.

- İlk epizodunuz o yaşda uşaq üçün riskli idi - elektrik dirəyinə çıxıb enerji verilişini nizamlamaq. Elektrikdən, hündürlükdən qorxurdunuzmu?

- Elektrik dirəyi də, məftillər də yalançı idi, həmin dirəyə kadra düşməli olmayan, dirəyin arxasında quraşdırılmış nərdivana bənzər bir vasitənin köməyilə çox rahatlıqla qalxmışdım.  Bunlar hamısı quraşdırılmış səhnə texnikasının sirləridir. Belə quraşdırılmış səhnələrin biri Zərifənin (Solmaz Hətəmova - red.) sanki boy atmasını göstərən epizod idi. Bu epizod çox sadə bir texnika ilə çəkildi - Zərifəni oynayan qız balaca arabanın üstündə dayanmışdı, həmin arabanı iplə kameranın tuşuna gətirirdilər. Bu üsulun sayəsində tamaşaçı Zərifənin real görkəmdə canlanmasının şahidi olur.

- Kosmos mövzusu o dövr üçün fərqli aktuallığa malik idi. O nəslin xüsusən oğlan uşaqları üçün bu yeni sahənin nə demək olduğunu, yəqin ki, yaxşı xatırlayırsınız?

- Əlbəttə, o zaman bu filmdəki kosmosla bağlı epizodlar daha maraqla baxılırdı - Qaqarinin kosmosu fəth etməyindən cəmisi üç il ötmüşdü. Uşaqların hamısı gecə yatanda yuxuda kosmonavt olduqlarını görürdülər. Ssenariyə görə, mənim personajım olan Eldarın gələcəyə getməsi nəzərdə tutulmamışdı. Çəkilişlərin bəzilərində kənarda durub baxmağım indi də yadımdadır - kosmik raketdəki səhnələr, Rəşidlə (Azər Qurbanov - red.) Zərifənin havada süzmələri çox maraqlı idi. Onların kürəklərinə onlarla polad sim bərkidilmişdi, güclü işıq selində həmin məftillər tamamilə görünməz olurdu. Balaca aktyorlara yalnız əllərini-ayaqlarını tərpətməklə havasızlıq şəraitində uçuşu imitasiya etmək qalırdı. Bu da, göründüyü kimi, pis alınmamışdı.

63-cü ilin sentyabr-okyabr aylarında filmin Ayın səthindəki epizodlarını çəkmək üçün bir ay Minsk şəhərində qaldıq. Ötən əsrin 60-cı illərinin əvvəllərində yaratdığı filmdə Əlisəttar müəllim məhz bu günümüzü - 21-ci əsri təsəvvürlərdə canlandırmağa nail oldu. Azərbaycan kinosunda ilk və yeganə fantastika səhnələri məhz bu filmdədir. Rəşidlə Zərifənin Ay üzərində qaçdı-tutdu oynaması epizodu çəkiləndən cəmi beş il sonra amerikalı astronavt həqiqətən Aya ayaq basan ilk insan oldu. Düzdür, rejissorun ekranda canlandırdığı gələcək bugünkü günlə bir o qədər də uyğun gəlmir - nə məktəblilərimiz kosmosa səyahət edirlər, nə də boyunlarında pioner qalstuku var. Digər tərəfdən, filmdə primitiv də olsa, kompüter görürük, videokamera ideyası isə bütünlüklə gerçəyə çevrilib.

- Səsləndirmə işi necə təşkil olundu? Öz səsinizlə danışırdınız?

- "Sehrli xalat"la bağlı daha bir kadrarxası məqam elə bununla bağlıdır - baş qəhrəman Rəşidi mən səsləndirmişəm, məni isə Əminə Yusifqızı. Əlisəttar müəllim çox istədi ki, rus variantı üçün də Rəşidi mən dublyaj edim, hətta Moskvada Qorki adına kinostudiyada da oldum. Lakin oğlan uşaqlarının o yaşda keçirdikləri səs dəyişməsi məhz həmin dövrə təsadüf etdiyi üçün Moskva debütüm baş tutmadı.

Ekranda gördüyünüz gənc rəqqaslar 64-cü ildə Yuri Qaqarin adına Pioner və Məktəblilər Sarayının (indiki Tofiq İsmayılov adına Uşaq Yaradıcılıq Mərkəzi - red.) üzvləri idilər. Kollektivin bədii rəhbəri mərhum sənətkar Əlibala Abdullayev idi.

"Sehrli xalat"ın bütün digər məziyyətlərindən savayı, bu film gözəl aktyor ansamblı ilə də diqqəti cəlb edir. Bu filmə dəvət etdiyi aktyorlarla Əlisəttar müəllimin iş birliyi hələ yeddi il əvvəl həm quruluşçu operatoru, həm də geyim üzrə rəssamı olduğu "O olmasın, bu olsun" ekran əsərində baş tutmuşdu. Möhsün Sənani, Ağahüseyn Cavadov, İsmayıl Osmanlı və əlbəttə ki, bu sırada birinci olan Əliağa Ağayevdi. Sənətşünasların fikrincə, onun ifasındakı Xan rolu inandırıcılığına görə Məşədi İbaddan qətiyyən geri qalmayan aktyor nailiyyəti sayıla bilər. Əliağa Ağayev bu obrazın düşdüyü vəziyyətlərdə bütün rollarında olduğu kimi o dərəcədə plastikdir ki, bu rolda başqa bir aktyoru təsəvvür etmək mümkün deyil. Xanın replikaları isə bu gün də adamların dilindədir. Buna görə də filmin belə uğurlu taleyə malik olmasında bu əvəzsiz aktyorun da adı çəkilməlidir.

Samirə Behbudqızı
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.









Azərbaycanın kino incilərindən:

Azərbaycanın məşhur aktyoru: "Sonra bəyəndiyim qızla ailə həyatı qursaq da..."


Ekrandakı jurnalist və ya Müxtəlif qadınlarla xəyanət...


Eyzenşteynlə Kozintsevin tələbəsi Bakıda qısqanclıqla qarşılaşıb - FOTO


"Çəkilişlərdə məzəli bir hadisə olmuşdu..." - FOTO - MÜSAHİBƏ


Ramiz Əzizbəyli: "Məni öldürmək istəyirdilər..." - MÜSAHİBƏ


"Kinostudiyanın yanından keçəndə o tərəfə baxmıram" - FOTO


"Babamı qınayanlar haqlı deyillər" - FOTO


Cəbiş müəllim damdan niyə yıxılıb?


Ürəyini səsinə verən müğənninin oğlu: "Atamla şəhərə çıxıb iki addım getmək mümkün deyildi" - FOTO


Artistlik etməyən Aktyor: gülə-gülə ölən Əliağa Ağayev son filmində niyə ağlamışdı? - FOTO


Üç dəfə ailə quran Barat Şəkinskaya hər ayrılığında qızına sadəcə... "hazırlaş, köçürük" deyib - FOTO

"Dəli Kür" filminin Rus Əhmədini erməni öldürüb - FOTOSESSİYA

"Əhməd haradadır"ın Ceyranı: "Bakıda aldığım travma mənə ömürlük bəs etdi"- FOTO-VİDEO

Rəna Səlimova: "Aktrisa olduğum üçün həyat yoldaşımın ailəsi məni qəbul etmirdi" - FOTO 

"Yeddi oğul istərəm"in Qəqənisi: "İçimdəki "ağlamaq mexanizmini" işə saldım və ..." - FOTO 

"Asif, Vasif, Ağasif" filminin Asifi: "Xristianlığı qəbul edəndə ailəm şoka düşdü" - FOTO 

Tamara Ağamirova: ""O olmasın, bu olsun" filmini tənqid еdənlər sırasında mənim gələcək həyat yoldaşım da var idi" - FOTOSESSİYA 

Bəstəkar Emin Sabitoğlunun qızı: "Atamın Xədicə Abbasova ilə evlənməsini yaxşı qarşılaya bilməzdik" - FOTO

Fuad Poladov: "Təlxək rolunu oynayana "xalq artisti" adı verdilər, o da Qacarı yaratmış aktyora - Hamletə "sağ əlim sənin başına" deyirdi"

Qara Qarayevin oğlu Fərəc Qarayev: "Evə gələndə üst-başı qan içində idi..." - FOTO

Bəstəkar Nazim Mirişli: "Futbolun ucbatından Bethovenin konsertini ifa etməkdən məhrum oldum" - FOTOSESSİYA

Bakı nostaljisi: Azərbaycan yəhudiləri haqqında film çəkiləcək - FOTO 

Azərbaycanın cizgi filmlərini hansı məşhurlar səsləndiriblər?


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.