Fidan Hacıyeva yubileyini möhtəşəm üç aylıq Beynəlxalq Opera Festivalı ilə qeyd edəcək - (Video)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikasının Xalq artisti, yarıməsrlik sənətkar ömrünün "Karmen"i, görkəmli opera sənətçisi Fidan Hacıyevanın 50 illik ömrünün və 30 illik sənət fəaliyyətinin yubileyi münasibətilə Azərbaycan opera tarixində ilk dəfə böyükmiqyaslı Opera Festivalına start verilir.
Sentyabrın 7-də başlayacaq və 3 ay davam edəcək bu möhtəşəm festival Xalq artisti, maestro Yalçın Adıgözəlovun rəhbərliyi, Xalq artisti Fidan Hacıyevanın iştirakı və Niyazi adına Dövlət Simfonik Orkestrinin müşayiəti ilə baş tutacaq. Bu tarixi sənət hadisəsi tək paytaxtla məhdudlaşmayacaq, ölkəmizin müxtəlif bölgələrini və bir sıra dünya ölkələrini əhatə edəcək. Festival müddətində təqdim olunacaq silsilə konsert proqramları ölkə sərhədlərini aşaraq Azərbaycan opera sənətinin zənginliyini nümayiş etdirəcək və sənətsevərlərin qəlbini fəth edəcək.
Bu möhtəşəm sənət proqramı çərçivəsində həmçinin istedadlı ifaçılara dəstək məqsədilə "Gənclərin səsi - gənclərə dəstək" adlı xüsusi konsert layihəsi də həyata keçiriləcək. Layihə gənc ifaçıların öz istedadlarını nümayiş etdirmələrinə, peşəkar səhnə təcrübəsi qazanmalarına və yaradıcılıq potensiallarını daha geniş auditoriyaya təqdim etmələrinə şərait yaradacaq.
Qeyd edək ki, üç ay davam edəcək Opera Festivalının möhtəşəm bağlanış mərasimi dekabrın 7-də Heydər Əliyev Sarayında Xalq artisti, maestro Yalçın Adıgözəlovun rəhbərliyi və Niyazi adına Dövlət Simfonik Orkestrinin müşayiəti ilə keçiriləcək. Gecədə Azərbaycan Respublikasının Xalq artisti Fidan Hacıyeva İspaniyanın məşhur Flamenko Simfonik Orkestrinin müşayiəti ilə çıxış edəcək.
Bu festival yalnız bir sənətkarın yubileyinə həsr olunmuş tədbirlər silsiləsi deyil, həm də Azərbaycan opera sənətinin və musiqi mədəniyyətinin beynəlxalq səviyyədə təbliği, ölkəmizin zəngin sənət irsinin dünyaya təqdim olunması və gənc istedadlara dəstək baxımından əlamətdar sənət hadisəsi olacaq.
Biletləri iticket.az saytında və iticket kassalarda əldə edə bilərsiniz
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
DİGƏR XƏBƏRLƏR
-
Fidan Hacıyeva yubileyini möhtəşəm üç aylıq Beynəlxalq Opera Festivalı ilə qeyd edəcək - (Video)
-
Bakı dünya rəqs bayramına dəvət edir – Eldar Cəfərovun video müraciəti
-
20-dən çox ölkənin nümayəndələrinin iştirakı ilə keçiriləcək Azerbaijan Dance Festival 2026-nın proqramı təqdim olunub – biletlər satışda - (Video)
-
Məşhur türk aktrisası Özge Gürel “44” filminin baş rolunda - (Foto)
-
"44" bədii filminin treyleri yayımlandı - (Video)
-
Milli Kino Günü münasibətilə CineMastercard-da “Tağıyev” filmləri həftəsi keçiriləcək
XƏBƏR LENTİ
-
İlham Əliyev Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoyub (Foto)
-
İlham Əliyev və Mehriban Əliyeva Əcəmi Naxçıvaninin abidəsinin açılışında iştirak ediblər (Foto)
-
UEFA Çempionlar Liqası: "Sabah" pley-off mərhələsinə yüksəlib Yenilənib - (Video)
-
İlham Əliyev Naxçıvanda Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış olub (Foto)
-
İlham Əliyev və Mehriban Əliyeva “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı” ilə tanış olublar (Foto)
-
İlham Əliyev və Mehriban Əliyeva “Naxçıvan” Mehmanxana Kompleksinin təməlqoyma mərasimində iştirak ediblər (Foto)
-
Bakı-Quba yolunda qəzada ölən şəxsin kimliyi məlum olub
-
İlham Əliyev və Mehriban Əliyeva Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan komando hərbi hissələrinə Döyüş bayraqlarının verilməsi mərasimində iştirak edib (Foto)
-
Fidan Hacıyeva yubileyini möhtəşəm üç aylıq Beynəlxalq Opera Festivalı ilə qeyd edəcək - (Video)
-
Bakı dünya rəqs bayramına dəvət edir – Eldar Cəfərovun video müraciəti
-
Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq
-
2 mindən çox müəllim MİQ-in müsahibə mərhələsinə buraxılıb
-
Tramp Gilmanın azadlığa buraxıldığını təsdiqləyib
-
Rusiya “Zaporojstal”a zərbə endirib, 7 nəfər ölüb, 21 nəfər yaralanıb
-
İlham Əliyev və Mehriban Əliyeva Naxçıvan Regional DOST Mərkəzinin açılışında iştirak ediblər (Foto/Video)
-
İlham Əliyev və Mehriban Əliyeva Naxçıvanda elektrik mühərrikli yeni avtobuslara baxıb, dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olublar (Foto/Video)
-
İlham Əliyev və Mehriban Əliyeva Naxçıvan Sənaye Parkının təməlqoyma mərasimində iştirak ediblər - (Foto/Video)
-
İlham Əliyev və Mehriban Əliyeva Naxçıvan şəhərində “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış olublar - (Foto/Video)
-
İlham Əliyev Ümummilli Liderin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib (Foto/Video)
-
İlham Əliyev və Mehriban Əliyeva Naxçıvan Muxtar Respublikasına səfərə gediblər (Foto/Video)
-
Balakəndəki ağır qəzada ölənlərin (Fotoları)
-
İçərişəhərdə utancverici mənzərə ilə bağlı tədbir görüldü - (Foto)
-
“Euronews” Qəbələ musiqi festivalından reportaj hazırlayıb (Video)
-
"Neftçi" klub tarixinin ən bahalı satışını edir - FOTO





