Dünya

Rusiya “Zaporojstal”a zərbə endirib, 7 nəfər ölüb, 21 nəfər yaralanıb

11 Avqust 2026 20:23
Baxış: 213
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Rusiyanın Zaporojyeyə endirdiyi ballistik zərbə nəticəsində "Zaporojstal" metallurgiya kombinatının fəaliyyəti tam dayandırılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, zərbə zamanı 7 müəssisə əməkdaşı ölüb, daha 21 işçi yaralanıb. Onların hava həyəcanı elan edildikdən dərhal sonra sığınacağa gedən zaman hücuma məruz qaldıqları bildirilib.

Hücum nəticəsində enerji infrastrukturu, əsas və yardımçı koks, domna və s. istehsalı sahələri zədələnib.

"Metinvest"in məlumatına görə, "Zaporojstal"ın fəaliyyəti tamamilə dayandırılıb, digər istehsal müəssisələri isə azaldılmış güclə işləyir.

Hazırda mütəxəssislər hücumun nəticələrini, müəssisənin fəaliyyətinin bərpası imkanlarını və bunun üçün tələb olunan müddəti qiymətləndirir, həmçinin qəza-bərpa işləri aparırlar.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.