Alyona Əliyeva “Zamanın naxışları” moda nümayişində iştirak edib - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İyulun 1-də Azərbaycan Milli Xalça Muzeyində "Xalça Muzeyi Fashion Show: Zamanın naxışları" adlı moda nümayişi keçirilib.
Milli.Az xəbər verir ki, Alyona Əliyeva tədbirdə iştirak edib.
Tədbirdə çıxış edən Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova bildirib ki, muzeyin tarixində ilk dəfə olaraq ekspozisiya və fondlarda qorunan Azərbaycan xalçalarının naxışlarından ilhamlanaraq yerli dizaynerlər tərəfindən yeni moda kolleksiyaları hazırlanıb.
Direktor layihəyə qoşulan dizaynerlərə təşəkkürünü bildirərək deyib: "İlk dəvətimizdən etibarən böyük həvəslə bu təşəbbüsə qoşuldular və altı ay ərzində Azərbaycan Milli Xalça Muzeyinin kollektivi ilə çiyin-çiyinə çalışdılar. Fondlarımızda araşdırmalar apardılar, qədim xalça nümunələrini öyrəndilər və bu gün təqdim olunan kolleksiyalar məhz həmin zəhmətin uğurlu nəticəsidir".
Ə.Məlikova qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən keçirilən tədbir görkəmli alim, xalçaşünas və rəssam Lətif Kərimovun anadan olmasının 120 illiyinə həsr edilib.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxışında vurğulayıb ki, Azərbaycan xalçası əsrlər boyu xalqımızın estetik zövqünü, dünyagörüşünü, həyat tərzini və mənəvi dəyərlərini yaşadan nadir sənət nümunəsidir. Onun sözlərinə görə, hər bir naxış, rəng çaları və kompozisiya yalnız bədii element deyil, həm də tariximizin, milli kimliyimizin və mədəni yaddaşımızın daşıyıcısıdır.
Nazir müavini bildirib ki, milli irsin yaşadılması təkcə onun qorunması ilə deyil, həm də müasir dövrün dili ilə yenidən təqdim olunması ilə mümkündür. Bu baxımdan yaradıcı sənaye sahələrinin, xüsusilə dizayn və modanın milli irsin təbliğində rolu getdikcə artır. O qeyd edib ki, təqdim olunan kolleksiyalar ənənə ilə innovasiyanın vəhdət təşkil etdiyi zaman milli irsin yeni nəfəs qazandığını, daha geniş auditoriyaya çatdığını və aktuallığını qoruduğunu bir daha nümayiş etdirir.
Daha sonra layihə üçün xüsusi hazırlanmış videoçarx nümayiş olunub.
Layihə Azərbaycan xalqının zəngin milli-mədəni irsinin müasir moda dili ilə təqdimatına həsr olunub və ölkənin tanınmış modelyer-dizaynerlərini vahid yaradıcı platformada bir araya gətirib.
Moda nümayişində Azərbaycan xalçaçılıq sənətinin zəngin ənənələri, milli ornamentlər və qədim simvollar müasir estetik baxış prizmasından təqdim edilib. Layihənin əsas ilham mənbələrindən biri bu il 120 illik yubileyi qeyd olunan görkəmli alim, xalçaşünas və rəssam Lətif Kərimovun zəngin yaradıcılığı olub. Dizaynerlər onun yaratdığı xalça kompozisiyalarını, naxışlarını, rəng harmoniyasını və bədii-estetik prinsiplərini müasir geyim kolleksiyalarında yaradıcı şəkildə əks etdiriblər.
"Fashion Show" çərçivəsində 14 peşəkar modelyer-dizayner - Fəxriyyə Xələfova, Gülnarə Xəlilova, Leyla Əhmədova, Yeganə Sadıqova, Mətanət Bayramova, Xəyalə Məsimova, Səbinə Zülalova, Leyla Babazadə, Günay Əliyeva, Şəbnəm Bayramova, Əcəmi Azər, Kübra Nuriyeva, Afaq İsmayılzadə və Xəyalə Bayramovanın hazırladığı ümumilikdə 116 geyim nümayiş etdirilib.
Layihənin əsas məqsədi Azərbaycan xalçaçılıq sənətinin təbliği, milli-mədəni irsin qorunaraq gələcək nəsillərə ötürülməsi, həmçinin bu irsin müasir təqdimat formaları vasitəsilə daha geniş auditoriyaya çatdırılmasıdır.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Alyona Əliyeva “Zamanın naxışları” moda nümayişində iştirak edib - (Foto)
-
II Opera Günləri çərçivəsində İlham Nəzərovun “Kontratenor” adlı möhtəşəm konserti keçirildi - (Foto)
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında “Hacı Qara” tamaşasının premyerası keçirilib (Foto)
-
“Klassikdən müasirliyə” adlı konsert proqramı keçirilib - (Foto)
-
“Ana” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanılıb - (Foto)
-
Fidan Hacıyevanın Vokal Məktəbində dünya şöhrətli Tamara İverinin ustad dərsi keçirildi - (Video/Foto)
XƏBƏR LENTİ
-
Xamenei burada dəfn olunacaq - (Video)
-
Gəncədə 29 yaşlı gənc bıçaqlandı
-
Nail Kəmərlinin yeni iş yeri bəlli oldu
-
Kiyevdə matəm elan edildi
-
Sandro Tonalinin yeni klubu bəlli oldu
-
Bakının 4 rayonunda su kəsintisi olacaq
-
Xameneyinin tabutunun ilk görüntüsü - (Foto)
-
FHN avtomobillərini binaların həyətində nizamsız park edənlərə müraciət etdi
-
Ofelya Şabanova: "O qaça-qaça qardaşımın yasına gəldi"
-
10 marşrutun hərəkəti istiqaməti dəyişdirilir
-
Məşhur tiktoker "Arzum" həbs edildi
-
Bakıxanovdakı yaşayış kompleksində yanğın: 4 avtomobilə ziyan dəyib - ( Foto)
-
Puşkinin Hemerdəki abidəsi yoxa çıxdı - Tapan mükafat alacaq - (Foto)
-
Bir və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir - (Foto)
-
Səhiyyə Nazirliyi apteklərdə nöqsanlar tapdı - Bu dərmanlar satışdan kənarlaşdırıldı
-
Seneqalın ulduzu: “Məşqçilər dəyişməsə, milliyə qayıtmayacağam”
-
İtkin düşmüş şəxslərlə bağlı yeni rəqəmsal platforma istifadəyə verilib
-
Ağadadaş Ağayevin müğənni bacısı oğlu: "Dayım mənənə dəstək olmur" - (Video)
-
Alyona Əliyeva “Zamanın naxışları” moda nümayişində iştirak edib - (Foto)
-
İyulun əvvəlində şans bu bürclərin üzünə güləcək
-
İyulun 12-də qəbul imtahanı verəcək abituriyentlərin nəzərinə!
-
Neftimiz ucuzlaşdı
-
Yevlaxda abadlaşdırılmış məhəllə Leyla Əliyevanın iştirakı ilə sakinlərin istifadəsinə verilib - (Foto)
-
Leyla Əliyeva Yevlaxda “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşüb - (Foto)





