Bir və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir ekosistemi ilə Xəzər Universiteti arasında tələbələrin inkişafına dəstək vermək, onları əmək bazarına hazırlamaq və universitet-biznes əməkdaşlığını gücləndirmək məqsədilə əməkdaşlıq memorandumu imzalanıb.
Əməkdaşlıq çərçivəsində tələbələr üçün təcrübə proqramları, mentorluq dəstəyi və peşəkar inkişaf təlimləri həyata keçiriləcək. Bununla da tələbələr universitetdə qazandıqları bilikləri real iş mühitində tətbiq etmək, iş dünyasını daha yaxından tanımaq və gələcək karyeralarına daha hazırlıqlı başlamaq imkanı əldə edəcəklər.
Bir ekosisteminin rəsmi nümayəndəsi Fərid Hidayətzadə əmək bazarının ehtiyaclarına cavab verən peşəkarların hazırlanmasında universitetlə biznes arasında davamlı əməkdaşlığın vacib olduğunu vurğulayıb. "Biz inanırıq ki, yaxşı mütəxəssis auditoriyada formalaşmağa başlayır, iş həyatında isə inkişaf edir. Ona görə də biz ali məktəblərlə əməkdaşlığı təcrübə proqramı kimi yox, gələcəyin peşəkarlarına yatırım olaraq dəyərləndiririk. Hazırda Bir ekosistemində Xəzər Universitetinin 48 məzunu çalışır, onların 14-ü rəhbər vəzifələrdə fəaliyyət göstərir. Bu statistika universitetdə formalaşan potensialın ən yaxşı göstəricilərindən biridir. İnanıram ki, əməkdaşlığımız daha çox potensiallı gənci əmək bazarına qazandıracaq".
Xəzər Universitetinin rektoru Raziyə İsayeva isə bildirib ki, bu gün tələbələr üçün nəzəri bilik qədər real iş təcrübəsi də vacibdir. O qeyd edib ki, universitetlə biznes arasında qurulan əməkdaşlıqlar gənclərin iş dünyasını daha yaxından tanımasına, gələcək karyera seçimlərini daha inamla etməsinə və öz potensialını daha rahat reallaşdırmasına imkan yaradır. Rektor Bir ekosistemi ilə əməkdaşlığın tələbələr üçün yeni inkişaf və karyera imkanları açacağına əminliyini ifadə edib.
Qeyd edək ki, Bir ekosistemi gənclərin peşəkar inkişafına yönələn layihələri davamlı olaraq həyata keçirir. Hazırda ekosistem bu istiqamətdə 14 ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir və bu günədək 2700-dən çox tələbə müxtəlif təcrübə proqramlarında iştirak edib. Məqsəd gənclərin real iş mühitini daha yaxından tanımasına, praktik təcrübə qazanmasına və gələcək karyeralarına daha hazırlıqlı başlamasına imkan yaratmaqdır.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Sabah bəzi rayonlarda hava qeyri-sabit olacaq: Dolu və şimşək xəbərdarlığı
-
Bakıda eskalatorlar və bəzi liftlər yenilənəcək
-
Qızıl almaq istəyənlərin diqqətinə!
-
Nail Kəmərlinin yeni iş yeri bəlli oldu
-
Bakının 4 rayonunda su kəsintisi olacaq
-
FHN avtomobillərini binaların həyətində nizamsız park edənlərə müraciət etdi
XƏBƏR LENTİ
-
Sabah bəzi rayonlarda hava qeyri-sabit olacaq: Dolu və şimşək xəbərdarlığı
-
Bakıda eskalatorlar və bəzi liftlər yenilənəcək
-
Qızıl almaq istəyənlərin diqqətinə!
-
Xamenei burada dəfn olunacaq - (Video)
-
Gəncədə 29 yaşlı gənc bıçaqlandı
-
Nail Kəmərlinin yeni iş yeri bəlli oldu
-
Kiyevdə matəm elan edildi
-
Sandro Tonalinin yeni klubu bəlli oldu
-
Bakının 4 rayonunda su kəsintisi olacaq
-
Xameneyinin tabutunun ilk görüntüsü - (Foto)
-
FHN avtomobillərini binaların həyətində nizamsız park edənlərə müraciət etdi
-
Ofelya Şabanova: "O qaça-qaça qardaşımın yasına gəldi"
-
10 marşrutun hərəkəti istiqaməti dəyişdirilir
-
Məşhur tiktoker "Arzum" həbs edildi
-
Bakıxanovdakı yaşayış kompleksində yanğın: 4 avtomobilə ziyan dəyib - ( Foto)
-
Puşkinin Hemerdəki abidəsi yoxa çıxdı - Tapan mükafat alacaq - (Foto)
-
Bir və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir - (Foto)
-
Səhiyyə Nazirliyi apteklərdə nöqsanlar tapdı - Bu dərmanlar satışdan kənarlaşdırıldı
-
Seneqalın ulduzu: “Məşqçilər dəyişməsə, milliyə qayıtmayacağam”
-
İtkin düşmüş şəxslərlə bağlı yeni rəqəmsal platforma istifadəyə verilib
-
Ağadadaş Ağayevin müğənni bacısı oğlu: "Dayım mənənə dəstək olmur" - (Video)
-
Alyona Əliyeva “Zamanın naxışları” moda nümayişində iştirak edib - (Foto)
-
İyulun əvvəlində şans bu bürclərin üzünə güləcək
-
İyulun 12-də qəbul imtahanı verəcək abituriyentlərin nəzərinə!





