Leyla Əliyeva Yevlaxda “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşüb - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İyulun 1-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Yevlaxa səfəri çərçivəsində "Gənc arıçı" layihəsinin iştirakçısı Süleyman Süleymanovun ailəsini ziyarət edib.
Milli.Az xəbər verir ki, Leyla Əliyeva gənc arıçının ailə üzvləri ilə səmimi söhbət edib, onların yaşayış şəraiti, arıçılıq sahəsindəki fəaliyyəti, əldə etdikləri ilk nəticələr və gələcək planları ilə yaxından maraqlanıb, həmçinin təsərrüfatda pendirin hazırlanması prosesində iştirak edib, ailəyə hədiyyələr təqdim edib.
Görüş zamanı "Gənc arıçı" layihəsi çərçivəsində yaradılmış arıçılıq təsərrüfatı, arı ailələrinin saxlanılması, bal istehsalı və təsərrüfatın gələcək inkişaf imkanları barədə məlumat verilib. Ailə göstərilən diqqət və dəstəyə görə Leyla Əliyevaya minnətdarlığını bildirib, ona arıçılıq məhsulları hədiyyə edib.
Xatırladaq ki, layihə iştirakçısı Süleyman Süleymanov 44 günlük Vətən müharibəsi və antiterror tədbirlərində iştirak edib. O "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.
Qeyd edək ki, 2021-ci ildən IDEA İctimai Birliyinin təşəbbüsü, Azərbaycan Respublikasının Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyi və "ABAD" publik hüquqi şəxsin tərəfdaşlığı ilə həyata keçirilən "Gənc arıçı" layihəsinin məqsədi biomüxtəlifliyin qorunmasına töhfə vermək, arıçılığın ekosahibkarlıq istiqaməti kimi inkişafını təşviq etmək, təbii bal istehsalını dəstəkləmək və gənc ailələrin maddi rifahının yaxşılaşdırılmasına kömək göstərməkdir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
FHN avtomobillərini binaların həyətində nizamsız park edənlərə müraciət etdi
-
Ofelya Şabanova: "O qaça-qaça qardaşımın yasına gəldi"
-
10 marşrutun hərəkəti istiqaməti dəyişdirilir
-
Məşhur tiktoker "Arzum" həbs edildi
-
Bakıxanovdakı yaşayış kompleksində yanğın: 4 avtomobilə ziyan dəyib - ( Foto)
-
Bir və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir - (Foto)
XƏBƏR LENTİ
-
FHN avtomobillərini binaların həyətində nizamsız park edənlərə müraciət etdi
-
Ofelya Şabanova: "O qaça-qaça qardaşımın yasına gəldi"
-
10 marşrutun hərəkəti istiqaməti dəyişdirilir
-
Məşhur tiktoker "Arzum" həbs edildi
-
Bakıxanovdakı yaşayış kompleksində yanğın: 4 avtomobilə ziyan dəyib - ( Foto)
-
Puşkinin Hemerdəki abidəsi yoxa çıxdı - Tapan mükafat alacaq - (Foto)
-
Bir və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir - (Foto)
-
Səhiyyə Nazirliyi apteklərdə nöqsanlar tapdı - Bu dərmanlar satışdan kənarlaşdırıldı
-
Seneqalın ulduzu: “Məşqçilər dəyişməsə, milliyə qayıtmayacağam”
-
İtkin düşmüş şəxslərlə bağlı yeni rəqəmsal platforma istifadəyə verilib
-
Ağadadaş Ağayevin müğənni bacısı oğlu: "Dayım mənənə dəstək olmur" - (Video)
-
Alyona Əliyeva “Zamanın naxışları” moda nümayişində iştirak edib - (Foto)
-
İyulun əvvəlində şans bu bürclərin üzünə güləcək
-
İyulun 12-də qəbul imtahanı verəcək abituriyentlərin nəzərinə!
-
Neftimiz ucuzlaşdı
-
Yevlaxda abadlaşdırılmış məhəllə Leyla Əliyevanın iştirakı ilə sakinlərin istifadəsinə verilib - (Foto)
-
Leyla Əliyeva Yevlaxda “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşüb - (Foto)
-
Azərbaycanlı qız yad ölkədə vəhşicəsinə öldürüldü - Şok cinayətin təfərrüatı
-
“Sabah” Kurasao millisinin futbolçusunu transfer etdi
-
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib - (Foto)
-
Leyla Əliyeva Yevlaxda Cümə məscidini ziyarət edib - (Foto)
-
Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında iştirak edib - (Foto)
-
Məşhur aktyorun xanımı ilə fotolarını süni intellektə bənzətdilər - (Fotolar)
-
Kriptovalyuta bazarında yüksəliş: "Bitcoin" 106 min dolları keçdi





