Ən aşağı faizlə kredit verən 5 bank - Reallıq, yoxsa reklam oyunu?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bəzi banklar kreditlərini 9-9,9 faizdən başlayan illik faiz dərəcələri ilə təklif etsə də, reallıq başqa olur.
Milli.Az-ın məlumatına görə, məsələ ilə bağlı aparılan araşdırma zamanı məlum olub ki, ən aşağı faizlə kredit təklif etdiyini bildirən banklar sırasında UniBank (9%), AccessBank (9,5%), Rabitəbank (9,5%), Bank of Baku (9,9%) və Expressbank (9,9%) yer alır.
Banklara sosial şəbəkələr vasitəsilə ünvanladığımız sorğularda reklam olunan faiz dərəcələrinin hansı müştərilərə və hansı məbləğdə kreditlərə tətbiq edildiyi öyrənməyə çalışılsaq da, konkret cavab almaq mümkün olmadı.
Banklar bildiriblər ki, kreditin məbləği və faiz dərəcəsi yalnız müştərinin rəsmi müraciətindən sonra, kredit mütəxəssisləri tərəfindən araşdırıldıqdan sonra müəyyən olunacaq.
Bu isə reklamda göstərilən ən aşağı faiz dərəcələrinin bütün müştərilərə şamil olunmadığını göstərir. Nəticədə bəzi vətəndaşlara reklam olunan 9-9,9 faiz əvəzinə daha yüksək faizlə kredit təklif oluna bilər ki, bu da vətəndaşların banklara etimadsızlığına səbəb olur.
Məsələ ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Milli.Az-a açıqlamasında bildirib ki, bəzi banklar reklamlarında aşağı faiz dərəcəsini ön plana çıxarsalar da, kreditin ümumi dəyəri təkcə faizdən ibarət olmur.
İqtisadçının sözlərinə görə, kredit rəsmiləşdirilməsi zamanı komissiyalar, sığorta haqları, xidmət ödənişləri və digər əlavə xərclər də tətbiq oluna bilər:
"Nəticədə müştərinin ödədiyi ümumi məbləğ ilkin reklamda göstərilən faizdən daha yüksək olur. Buna görə də kredit götürməzdən əvvəl müqavilənin bütün şərtlərini diqqətlə oxumaq, effektiv illik faiz dərəcəsini və bütün əlavə ödənişləri nəzərə almaq vacibdir".
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
"Bir qığılcım düşsə bütün bina yanacaq" - (Video)
-
Arif Əfəndiyev vəfat edib - (Foto)
-
Roman Abramoviç Bakıdadır - (Foto)
-
Bakıda ağır qəzada ölən gəncin (Fotoları)
-
“Çəhrayı addım at!” şüarı altında süd vəzi xərçəngi ilə mübarizə ayına həsr olunmuş yekun görüş başa çatıb - (Foto)
-
Yenidən sədr və müavin oldular
XƏBƏR LENTİ
-
Türkiyədə cütlük boşanma qərarını möhtəşəm parti ilə elan etdi (Video)
-
“Victoria’s Secret” modellərinin makiyajsız görüntüləri gündəm oldu (Fotolar)
-
Rolunu bəyənmədiyi üçün “Kızılcık Şerbeti”ndən ayrılır - (Foto)
-
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
-
Binanın ehtiyat çıxışılarını bağlayıb obyektə çevirirlər? - (Video)
-
"Ən bahalı müğənnisən, sənin yerinə utandım" - Rəvan Bağırov
-
Polşada baş nazir polis alayını məhkəməyə yeritdi, Prezident təcili geri qayıtdı - (Video)
-
Zaqatalada qaz olmayacaq
-
Tovuzda ağır qəza - 4 nəfər xəsarət alıb - (Foto)
-
Günün qoroskopu: Ruhi gərginlik bu gün sizə üstün gələ bilər
-
Qızılın qiyməti xeyli ucuzlaşdı
-
"Bir qığılcım düşsə bütün bina yanacaq" - (Video)
-
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
-
Arif Əfəndiyev vəfat edib - (Foto)
-
“Yeraltı”nın cütlüyündən ilk romantik (Foto)
-
Roman Abramoviç Bakıdadır - (Foto)
-
Torpaq sürüşməsi fəsadlara yol açdı - (Video)
-
Portuqaliya Futbol Federasiyası Kriştiano Ronaldo barədə qərar verib
-
Londonda Azərbaycan səfirliyi qarşısında İran agentlərinin təxribatı - (Foto/Video)
-
Azərbaycanda sahibkarın meyiti öz həyətində tapıldı - (Foto)
-
“Başkalarının hayatı” yayımlanmayacaq
-
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
-
Sabah Şahbuzda işıq olmayacaq
-
"Əl-Nəsr"dən Ronaldonu istədilər





