Flora Kərimovanın səhhəti ilə əlaqədar “Bakı gecələri” konserti sentyabr ayına təxirə salındı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hörmətli tamaşaçılar, media nümayəndələri və Azərbaycan musiqisinin dəyərli sevərləri!
Respublikanın Xalq artisti, Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, milyonlarla insanın sevgisini qazanan Flora Kərimovanın səhhəti ilə bağlı yaranmış vəziyyət nəzərə alınaraq, Ocaq Müstəqil Sənət Mərkəzi və layihənin təşkilatçıları tərəfindən əvvəlcədən 20 iyun tarixinə planlaşdırılmış "Bakı Gecələri" konsertinin 12 sentyabr saat 20:00 2026-cı il tarixinə keçirilməsi barədə qərar qəbul edilmişdir.
Bu qərar yalnız təşkilati xarakter daşımır.
Bu, ilk növbədə Azərbaycan musiqisinə, milli səhnəmizin canlı əfsanəsinə və böyük sənətkar Flora Kərimovaya göstərilən hörmətin ifadəsidir.
Flora Kərimovanın onilliklər boyu yaratdığı sənət irsi, Azərbaycan musiqi mədəniyyətinə verdiyi töhfələr və xalqımızın qəlbində qazandığı müstəsna yer nəzərə alınaraq, tədbirdə iştirak edən sənətçilər və təşkilatçılar yekdil qərara gəliblər ki, bu möhtəşəm musiqi gecəsi onun iştirakı və sağlamlığı ilə bağlı ən xoş xəbərlərin fonunda keçirilməlidir.
İnanırıq ki, minlərlə tamaşaçı kimi biz də Flora xanımı yenidən səhnədə görmək, onun səsini, enerjisini və sənət nəfəsini hiss etmək arzusundayıq. Məhz buna görə proqram sentyabr ayına keçirilib və həmin tarixdə daha geniş tərkibli, daha möhtəşəm bir qala-konsert təqdim olunacaq.
Konsert proqramında Azərbaycan musiqisinin tanınmış nümayəndələri, xalq artistləri və sevilən sənətçilər iştirak edəcəklər. Tamaşaçıları Bakı musiqi mühitinin ən gözəl ənənələrini özündə birləşdirən, unudulmaz və duyğulu bir sənət axşamı gözləyir.Əvvəlcədən alınmış bütün biletlər 12 sentyabr tarixində keçiriləcək konsert üçün tam qüvvədə qalır və dəyişdirilməsinə ehtiyac yoxdur.
Əminik ki, Azərbaycan musiqisinə dəyər verən hər bir tamaşaçı bu qərarı anlayışla qarşılayacaq və Flora Kərimovaya göstərilən mənəvi dəstəyə qoşulacaq.
Sonda böyük sənətkarımıza tezliklə tam sağalma arzulayır, ona möhkəm can sağlığı diləyirik.
Göstərdiyiniz anlayışa və dəstəyə görə hər birinizə təşəkkür edirik.
12 sentyabrda görüşənədək!
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında “Hacı Qara” tamaşasının premyerası keçiriləcək
-
Flora Kərimovanın səhhəti ilə əlaqədar “Bakı gecələri” konserti sentyabr ayına təxirə salındı
-
Flora Kərimova Birinci vitse-prezident Mehriban Əliyevaya müalicəsinə göstərdiyi xüsusi diqqətə görə təşəkkür edib - FOTO
-
Bakıda mövsümün musiqi imzası təqdim olundu – Signature Gala Night – FOTO
-
Bakıda qeyri-idman rəqsləri üzrə Azərbaycan çempionları müəyyənləşdi: Zəfərlə dolu mövsümün yekunları - FOTO
-
“Dilimiz milli-mədəni kimliyimizin təməlidir” layihəsi üzrə ilk seminar keçirilib - FOTO
XƏBƏR LENTİ
-
Gəncədə sərnişin avtobusu avtomobilə çırpılıb, 8 nəfər xəsarət alıb
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında “Hacı Qara” tamaşasının premyerası keçiriləcək
-
Nazim Sadıxov artıq Bakıda: “Yenidən tarix yazmağa hazıram” - FOTO
-
Vuçiç ilk dəfə Gürcüstanda
-
Tovuzda kanalda meyit tapılıb
-
Ağdamda çobanlar arasında dava qanla bitdi
-
Flora Kərimovanın səhhəti ilə əlaqədar “Bakı gecələri” konserti sentyabr ayına təxirə salındı
-
Sabah Məhərrəm ayı başlayır
-
Zaqatalada ağır qəza: Bir nəfər öldü
-
Həftəsonu 83 axtarışda olan şəxs saxlanılıb
-
Müdafiə naziri Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
-
Hakan Fidan Rusiyaya səfər edəcək
-
Bakıda narkokuryer saxlanıldı
-
Azərbaycan vasitəsilə Ermənistana buğda göndərildi - YENİLƏNİB
-
Sumqayıtda oğurluq edən qadın saxlanıldı
-
Efiopiyada ağır qəza: 28 nəfər öldü
-
16 ölkədə yüzlərlə yeni meymunçiçəyi halı aşkarlandı
-
Bacısını qətlə yetirən şəxs cəzadan azad edildi
-
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi
-
Dövlət Məşğulluq Agentliyi fəaliyyət göstəricilərini açıqladı
-
Baş nazir Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
-
İzabel Akosta evində ölü tapıldı
-
Cennifer Lopez boşandığı ərindən danışıb kövrəldi
-
Bakıda torpaq bazarında yeni qiymətlər açıqlandı





