Dünya

Vuçiç ilk dəfə Gürcüstanda

15 İyun 2026 17:51
Baxış: 335
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Serbiya Prezidenti Aleksandr Vuçiç Gürcüstana rəsmi səfər edib.

Milli.Az xəbər verir ki, onu Tbilisi Beynəlxalq Hava Limanında Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili qarşılayıb.

Vuçiç səfər çərçivəsində gürcüstanlı həmkarı Mixeil Kavelaşvili ilə görüşəcək. Dövlət başçıları ikitərəfli əməkdaşlıq və tərəfdaşlıq məsələlərini müzakirə edəcəklər.

Qeyd edək ki, bu səfər Serbiya liderinin Gürcüstana ilk səfəridir. Mixiel Kavelaşvili ötən ilin dekabrında Belqradda rəsmi səfərdə olarkən serbiyalı həmkarını Gürcüstana dəvət etmişdi.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.