Nazim Sadıxov artıq Bakıda: “Yenidən tarix yazmağa hazıram” - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək UFC Fight Night: Fiziev vs Torres turnirində braziliyalı Mateus Kamilo ilə qarşılaşacaq azərbaycanlı döyüşçü Nazim Sadıxov artıq Bakıdadır.
İdmançını Heydər Əliyev Beynəlxalq Aeroportunda azarkeşləri və yaxınları qarşılayıblar.
Bakıya qayıtmasından məmnunluğunu ifadə edən Sadıxov bildirib:
"Yenidən Bakıda olmaqdan çox xoşbəxtəm və növbəti dəfə tarix yazmağa hazıram. Komanda və sparrinq yoldaşlarım da mənimlə birlikdə gəliblər. Bu həftə hazırlıq prosesini yekunlaşdıracağıq, növbəti həftə isə çəki salma mərhələsi başlayacaq. Qarşıda bizi on günlük gərgin iş gözləyir və biz bu hazırlığı ən yüksək səviyyədə başa çatdırmaq niyyətindəyik".
2025-ci ildə Azərbaycanda keçirilən UFC turnirindəki uğurlu çıxışını xatırlayan döyüşçü bu dəfə hədəflərinin daha yüksək olduğunu vurğulayıb:
"Ötən il mənim üçün çox uğurlu keçdi. Lakin bu dəfə daha yaxşı çıxış etmək, hər şeyi daha möhtəşəm və yaddaqalan etmək istəyirəm".
Sonda azarkeşlərinə dəstəyə görə təşəkkür edən "Qara Canavar" ləqəbli idmançı onları iyunun 27-də arenaya səsləyib:
"Qara Canavar evinə qayıdıb! Sizi möhtəşəm bir döyüş gecəsi gözləyir, bu şounu qaçırmayın. Azarkeşlərə yaddaqalan bir performans göstərib, yenidən tarix yazacağam. Dəstəyiniz üçün hər birinizə təşəkkür edirəm!"
Qeyd edək ki, UFC FIGHT NIGHT: FIZIEV vs TORRES turniri 27 iyun tarixində Milli Gimnastika Arenasında baş tutacaq. Yüngül çəki dərəcəsində təmsilçimiz Rafael Fiziev və Manuel Torres oktaqonda üz-üzə gələcəklər. İkinci-əsas döyüşdə isə orta çəki dərəcəsində azarkeşlərin sevimlisinə çevrilmiş Şarabutdin "Shara Bullet" Maqomedov ilə braziliyalı Mişel Pereyra güclərini sınayacaqlar.
Turnir çərçivəsində azərbaycanlı idmançı Fərman Həsənov da oktaqona çıxacaq. Onun rəqibi ABŞ təmsilçisi Erik Nolan olacaq.
Biletləri əldə etməyə tələsin! Bu möhtəşəm şounun canlı şahidi olmaq üçün biletləri iticket.az saytından onlayn şəkildə əldə edə bilərsiniz. Yerlər məhduddur!
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
İspaniya - Kabo-Verde millilərinin start heyətləri açıqlandı
-
Noyer DÇ-2026-da rekord qırdı
-
Mundial başlayar-başlamaz istefaya göndərildi
-
Nazim Sadıxov artıq Bakıda: “Yenidən tarix yazmağa hazıram” - FOTO
-
Mahir Emreli üçün “Kayzerslautern”ə təklif göndərdilər
-
Bakıda 80 yaşlı qadının hovuz görüntüləri gündəm oldu - VİDEO
XƏBƏR LENTİ
-
İspaniya - Kabo-Verde millilərinin start heyətləri açıqlandı
-
Görünüş məsafəsi məhdudlaşacaq
-
Noyer DÇ-2026-da rekord qırdı
-
ABBA-nın üzvü vəfat etdi - FOTO
-
Mahsun Kırmızıgül Bakıya tanınmış iş adamının oğlunun toyuna gəlibmiş
-
Ətçəkənin bıçaqlarını itiləməyin sadə üsulu
-
Mundial başlayar-başlamaz istefaya göndərildi
-
"Kızılcık şerbeti"nin məşhur aktrisası vəfat etdi - FOTO
-
"100 min dollarlıq qolbağı itirdim, stresdən tanınmaz hala düşdüm"
-
Gəncədə sərnişin avtobusu avtomobilə çırpılıb, 8 nəfər xəsarət alıb - FOTO
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında “Hacı Qara” tamaşasının premyerası keçiriləcək
-
Nazim Sadıxov artıq Bakıda: “Yenidən tarix yazmağa hazıram” - FOTO
-
Vuçiç ilk dəfə Gürcüstanda
-
Tovuzda kanalda meyit tapılıb
-
Ağdamda çobanlar arasında dava qanla bitdi
-
Flora Kərimovanın səhhəti ilə əlaqədar “Bakı gecələri” konserti sentyabr ayına təxirə salındı
-
Sabah Məhərrəm ayı başlayır
-
Zaqatalada ağır qəza: Bir nəfər öldü
-
Həftəsonu 83 axtarışda olan şəxs saxlanılıb
-
Müdafiə naziri Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
-
Hakan Fidan Rusiyaya səfər edəcək
-
Bakıda narkokuryer saxlanıldı
-
Azərbaycan vasitəsilə Ermənistana buğda göndərildi - YENİLƏNİB
-
Sumqayıtda oğurluq edən qadın saxlanıldı





