Noyer DÇ-2026-da rekord qırdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Almaniya milli komandasının qapıçısı Manuel Noyer DÇ-2026-da dünya çempionatları tarixinə düşən nadir və tarixi bir ilkə imza atıb.
Milli.Az xəbər verir ki, təcrübəli qolkiper turnirdə özündən yaşca kiçik olan baş məşqçinin rəhbərliyi altında meydana çıxıb.
Mundiallar tarixində belə bir hadisə son 72 ildə ilk dəfədir reallaşır.
DÇ-2026-nın qrup mərhələsinin ilk turunda Kürasao seçməsinə qarşı keçirilən və Bundestimin 7:1 hesablı darmadağını ilə başa çatan oyunda Almaniyanın qapısını 40 yaşlı Manuel Noyer (1986-cı il təvəllüdlü) qoruyub. Komandanın baş məşqçisi Yulian Nagelsmann isə 1987-ci il təvəllüdlüdür və o, öz qapıçısından bir yaş kiçikdir.
Məlumata görə, dünya çempionatlarında futbolçunun öz məşqçisindən yaşca böyük olduğu analoji hadisə sonuncu dəfə 1954-cü ildə qeydə alınıb. Həmin vaxt Çexoslovakiya - Uruqvay matçında çexoslovakiyalıların məşqçisi Yaroslav Ceyp (1924 təvəllüdlü) özündən böyük olan Karel Reymanı (1921 təvəllüdlü) meydana buraxmışdı.
Xatırladaq ki, M. Noyer Almaniya millisi ilə 2014-cü ildə dünya çempionu olub. 40 yaşlı qapıçı ümumilikdə milli komandada 125 oyun keçirib və hazırda transfer dəyəri 4 milyon avro qiymətləndirilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Qalatasaray” keçmiş futbolçusunu geri qaytarır
-
"Onu oxuyanda gözlərim doldu, ölsəm, balalarımı kim saxlayacaq"
-
ABŞ-İran anlaşmasını Tramp, Vens və Qalibaf imzalayıblar
-
Mundial tarixinin ən sürətli 2-ci qolu
-
Naxçıvan reysində qorxulu anlar: Qadın qapını açmaq istədi
-
Ed Şiran səhnədən getdi
-
İspaniya - Kabo-Verde millilərinin start heyətləri açıqlandı
-
Görünüş məsafəsi məhdudlaşacaq
-
Noyer DÇ-2026-da rekord qırdı
-
ABBA-nın üzvü vəfat etdi - FOTO
-
Mahsun Kırmızıgül Bakıya tanınmış iş adamının oğlunun toyuna gəlibmiş
-
Ətçəkənin bıçaqlarını itiləməyin sadə üsulu
-
Mundial başlayar-başlamaz istefaya göndərildi
-
"Kızılcık şerbeti"nin məşhur aktrisası vəfat etdi - FOTO
-
"100 min dollarlıq qolbağı itirdim, stresdən tanınmaz hala düşdüm"
-
Gəncədə sərnişin avtobusu avtomobilə çırpılıb, 8 nəfər xəsarət alıb - FOTO
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında “Hacı Qara” tamaşasının premyerası keçiriləcək
-
Nazim Sadıxov artıq Bakıda: “Yenidən tarix yazmağa hazıram” - FOTO
-
Vuçiç ilk dəfə Gürcüstanda
-
Tovuzda kanalda meyit tapılıb
-
Ağdamda çobanlar arasında dava qanla bitdi
-
Flora Kərimovanın səhhəti ilə əlaqədar “Bakı gecələri” konserti sentyabr ayına təxirə salındı
-
Sabah Məhərrəm ayı başlayır
-
Zaqatalada ağır qəza: Bir nəfər öldü





