Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanlı aktyor: "Aqibətini düşünən rejissor belə qeyri-peşəkar addım atmaz..." - FOTOSESSİYA
10 Avqust 2012 03:30
13 Şərh
Baxış: 17 427
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Aktyor Zaur Şəfiyevin Milli.Az-a müsahibəsi.
- Zaur bəy, aktyor təhsilinizi harada almısınız?
- Mən aktyor təhsili almamışam. Universitetin beynəlxalq münasibətlər fakültəsini çətinliklə də olsa, bitirmişəm (gülür). Bundan əlavə, Rüstəm İbrahimbəyovun kino məktəbində kinoprodüser fakültəsində oxumuşam və elə o vaxtdan da onun İbrus Teatrında aktyor işləməyə başlamışam. Uşaqlıqdan, yəqin ki, 10 yaşımdan aktyor olmağı arzulamışam və oldum da.
- Özünüzü teatr aktyoru kimi ilk dəfə hansı rolda sınadınız?
- İlk rolum Rüstəm İbrahimbəyovun Molyerin "Tartüf" pyesi əsasında Azərbaycan adına uyğunlaşdıraraq səhnəyə qoyduğu tamaşada olub. Rolum kiçik idi, tamaşanın axırında səhnəyə çıxırdım.
- Çox maraqlıdır, sizin haqqınızda niyə bu qədər az məlumat var?
- Qapalı insan deyiləm, sadəcə olaraq, bir o qədər də tanınmıram. Ona görə də haqqımda informasiya azdır. "Populyarlıq qorxusu" ifadəsini aktyorlara aid etmək düzgün olmaz. Bu sənət axı özündə nəinki bu sahədə işləməyi, həm də məşhurlaşmağı daşıyır. Məncə, özü haqda belə deyən aktyorlar yalan danışırlar.
- Haradasa fotomodel kimi fəaliyyət göstərmisiniz? Ən azından, xarici görkəminiz buna imkan verir...
- Xarici görkəmimi və aktyorluğumu belə yüksək qiymətləndirdiyinizə görə çox sağ olun. Amma siz, məncə, şişirdirsiz (gülür). Mən hələ ki, bir aktyor kimi arzuladığım səviyyəyə çatmamışam. Özümü istedadlı aktyor adlandırmağa cürət etmərəm. Sadəcə olaraq, bir qədər potensialı olan aktyoram. Və belə deməyim təvazökarlıqdan deyil, həqiqətən, belə düşünürəm. Xarici görkəmimə qalanda isə özümü heç vaxt yaraşıqlı hesab etməmişəm, model olmağı da arzulamamışam.
- Səhv etmirəmsə, "Qorxma, mən səninləyəm-2" filmində də çəkilmisiniz. Məlumat verə bilərsiniz?
- "Qorxma, mən səninləyəm-2" filmində gənc zabiti, Polad Bülbüloğlunun canlandırdığı deputat və bəstəkar Teymur Məmmədbəyovun oğlunu oynayırdım. Filmin süjet xətti haqqında isə yaxşısı budur, heç nə deməyim. İnşallah, yaxınlarda filmin təqdimatı olacaq, onda hər şeyi özünüz görərsiz.
- Daha sonra hansı filmlərdə çəkilmisiniz?
- Filmoqrafiyam qısadır. Murad İbrahimbəyovun "Qardaşdan yaxşısı yox imiş", Rusiyanın NTV telekanalının sifarişi ilə çəkilən 4-seriyalı "Biz sizə müharibə elan edirik" filmində və "Qaranlıqlar çiçəyi" serialında çəkilmişəm. Hazırda "Sirr" serialında çəkilirəm. Bir neçə dəfə də qısametrajlı filmdə çəkilmişəm. Onlardan biri ilə Kann Kinofestivalında da iştirak etmişəm.
- Necə düşünürsünüz, rejissorlar sizi daha çox xarici görkəminizə görə filmlərə dəvət edirlər, yoxsa istedadınıza görə?
- İnanmaq istərdim ki, rejissorlar məni filmlərinə görünüşümə deyil, aktyorluq qabiliyyətimə görə dəvət edirlər. Amma əlbəttə ki, xarici görkəmi də saya salmamaq olmaz.
- Mənimlə razılaşa bilərsinizmi ki, indiki rejissorlar daha çox aktyorun xarici görünüşünə fikir verirlər?
- Razılaşmıram. Sözsüz ki, biz özümüz haqda hər hansı fikri görünüşümüzlə yaradırıq. Amma öz filminin aqibətini düşünən rejissor belə qeyri-peşəkar addım atmaz və rolları "qara qaşa, qara gözə" paylamaz.
- Facebook-da sizdən daha çox nə haqda soruşurlar?
- Facebook... Bəli, mən tez-tez oluram Facebook-da. Əsasən həyatda tanıdığım adamlarla danışıram. Hərdən tanımadıqlarım da olur. Mənə qarşı münasibət normaldır. Çox vaxt çəkilişlərim barədə soruşurlar. Elə olur, sadəcə salamlaşır, uğurlar arzulayırlar. Çalışıram, hamıya cavab yazım. Amma bir neçə dəfə xoşagəlməz hadisə də olub.
Əli Novruzəliyev
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
“Beynəlxalq Rəqs Günü”nə həsr olunmuş “Rəqsin sehrində” adlı konsert proqramı keçirilib - FOTO
-
Gəncədə “Azərbaycan mədəniyyətinin inkişafında folklorun əhəmiyyəti" mövzusunda seminar keçirilib - FOTO
-
“Nəğmə olmaq istəyirəm” adlı konsert təqdim olunub - FOTO
-
Mir Cəlal Paşayevin doğum gününə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib - FOTO
-
Akademik Opera və Balet Teatrı qanvermə aksiyası keçirdib - VİDEO - FOTO
-
Əməkdar artist Ədalət Vəzirovun 75 illik yubileyinə həsr olunmuş gecə keçirilib - FOTO
XƏBƏR LENTİ
-
Sən demə, illərdir qabartma tozundan səhv istifadə edirmişik
-
Şəkərsiz və sağlam qəlyanaltı: Fit maffin resepti
-
Yaddaşı gücləndirməyin 5 qızıl qaydası
-
Xərçəngin müalicəsində süni intellekt: Fotonuza baxıb...
-
Süni intellektdə yeni mərhələ: "Gemini" bunu da edəcək
-
Limonlu çay içənlərin DİQQƏTİNƏ
-
Xalq artistinin evində toy olacaq
-
Türkiyədə qalan azərbaycanlılar üçün pis xəbər
-
Cəlilabadda ağır qəza - xəsarət alanlar var - FOTO
-
Avropa Liqası: "Nottingem" və "Braqa" qələbə qazanıb
-
Bu içkilər infarkt riskini artıra bilər
-
Şafak Sezerin son halı gündəm oldu: "Botoksun dozası qaçıb" - FOTO
-
Bu hallarda gömrük bəyannamələri ləğv edilə bilər
-
Bakıda bədii gimnastika üzrə Avropa kuboku start götürüb - FOTO
-
Soyuducu qapısına kağız sıxışdıranlar fərqi dərhal görür
-
“Həmişə çempion olası deyilik ki...” - Qurban Qurbanov
-
Zibilini atan pul qazanacaq: Küçələrə yeni ağıllı maşınlar yerləşdirilir
-
“Bu oyun mənim suyumu çıxardı”
-
Can Yaman tanınmaz dərəcədə dəyişdi - FOTO
-
Günün qoroskopu: məhz bu anlayış sizi azad edir
-
Azərbaycanda bəzi müavinətlərin təyinatında yeni mexanizm qüvvəyə minir
-
Kriştiano Ronaldo: "Karyeramın sonu yaxınlaşır..."
-
İlham Əliyev: Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər
-
Ödem atan bitki çayları hansılardır?