Azərbaycan ədəbiyyatını öz əsərləri ilə zənginləşdirən və ədəbiyyatımızın inkişafında böyük xidmətlər göstərmiş yazıçılardan biri də nasir və dramaturq Seyfəddin Dağlı olub. O, həm gözəl bir insan, həm də bir yazıçı kimi yaddaşlarda xoş xatirələrlə yaşayır. Seyfəddin Dağlı (Seyfəddin Əliağa oğlu Abbasov) 27 avqust 1921-ci ildə Xızıda dünyaya göz açmışdı. Ailənin ilk övladı idi. O, yenicə dünyaya göz açanda anası Qəmər xanım vəfat edib. Seyfəddinin atası Əlağa Abbasov dövlət qulluqçusu olub, müxtəlif rayonlara işləməyə göndərilib. Elə buna görə də, uşaq ata babası Bəhlul kişinin himayəsində qalıb. Bir müddət sonra Seyfəddinin atası ailə qurub. Balaca Seyfəddini yenə əvvəlki kimi babası saxlayıb. Bəhlul kişi savadsız adam idi. Amma xeyirxah, əliaçıq, səxavətli olmasıyla özünə hörmət qazanmışdı. Seyfəddin hələ kiçik ikən ailəsi ilə birgə Bakıya köçüb. Orta məktəbi də elə burada oxuyub.
Seyfəddin Dağlı bədii yaradıcılığa orta məktəbdə oxuduğu illərdən başlayıb. 1941-ci ildən 1956-cı ilədək hərbi xidmətdə olub. Həmin illərdə "Ordu" qəzetində ədəbi işçi, "Diviziya" qəzetində redaktor işləyib. Sovet ordusunun tərkibində İrana gedib. Sonra Moskvada Hərbi Akademiyaya qəbul olunub.
1953-cü ildə böyük dramaturq Cəfər Cabbarlının qızı Gülarə xanımla ailə həyatı qurub.
Gülarə Cabbarlı: "Akademiyanın əlaçı tələbələrindən olan Seyfəddinin güclü hafizəsi vardı. Partiya tarixini, digər dərslikləri əzbər bilirdi. O, Bakıda, Azərbaycan dilində təhsil almışdı. Amma Moskvada bu, qətiyyən hiss olunmurdu. Qruplarındakı, hətta rus millətindən olan tələbə yoldaşları da ondan köçürürdülər. Çoxları buna inana bilmirdi. Məktəb yoldaşlarına hansı material lazım olurdusa, ondan soruşurdular, Seyfəddin də hansı kitabın neçənci cildində neçənci səhifəni oxumalı olduqlarını deyirdi...".
Təhsilini başa vurub Bakıya qayıtdıqdan sonra o həm jurnalistlik, həm də yaradıcılıq fəaliyyəti ilə məşğul olub.
Seyfəddin Dağlı 1956-1959-cu illərdə Dövlət Radio Komitəsində baş redaktor, sonralar isə "Bakı" telestudiyasının direktoru və sədr müavini vəzifələrində işləyib. Yaradıcı fəaliyyətinin böyük bir hissəsi "Kirpi" jurnalı ilə bağlı olub. Həmin jurnald o, uzun illər baş redaktor vəzifəsində çalışıb.
Seyfəddin Dağlı uzun müddət "Kirpi" jurnalının baş redaktoru, "Azərbaycanfilm" kinostudiyasında ssenari redkollegiyasının üzvü, "Yazıçı" nəşriyyatında redaktor işləyib. 1948-ci ildə "Dəniz kəşfiyyatçısı" adlı ilk kitabı nəşr edilib. "Adı sənin, dadı mənim", "Aydınlığa doğru", "Mənziliniz mübarək", "Təzə gəlin", "Kölgələr pıçıldaşır" pyesləri, "Bahar oğlu", "Məşəl", "Kəcil qapısı", "Sabiqlər" və sair kitabları geniş oxucu kütləsinin rəğbətini qazanıb. Pyesləri Akademik Milli Dram Teatrı, Musiqili Komediya Teatrı, Gənc Tamaşaçılar Teatrında dəfələrlə tamaşaya qoyulub.
Bir çoxları kimi Seyfəddin Dağlı da yaradıcılığa şeirlə başlamışdı. Sonralar bunu ardıcıl şəkildə davam etdirmədi. Amma şeir yazmaqdan əl də çəkmədi. Onun satirik şeirlərindən bəzilərinə musiqi də yazıldı. Bunların içərisində bəstəkar Cahangir Cahangirovun bəstələdiyi, müğənni Mirzə Babayevin oxuduğu "Çayçı" mahnısı çox məşhurdur.
Həyat yoldaşının xatirələri
Gülarə Cabbarlının xatirələrindən: "Seyfəddinin Cənubi Azərbaycan həyatından bəhs edən "Kəcil qapısı", Cəfər Cabbarlıya həsr etdiyi "Bahar oğlu" əsərləri oxucular tərəfindən böyük rəğbətlə qarşılansa da, daha çox satirik əsərlər yazardı. Bu janr onun ruhuna yaxın idi. Məqalələrində, satirik hekayələrində, novellalarında gördüyü nöqsanları tənqid edirdi. Deyib-gülməyi, maraqlı söhbətlər etməyi çox xoşlayırdı. Amma kənardan baxanlara elə gələrdi ki, bu adam hələm-hələm gülməz. Görkəmi çox ciddi, zəhmli idi. Elə xarakterində də ciddilik vardı. Ancaq danışmağa başlayanda özünü gülməkdən saxlaya bilmirdin. Iştirak etdiyimiz toy məclislərində, şənliklərdə hamı onun çıxışını səbirsizliklə gözləyərdi.
Seyfəddinin ədəbi qəhrəmanlarının hər biri həyatdan götürülüb. "Sabiqlər" əsərinin qəhrəmanları kimlərdir? Vəzifələrindən uzaqlaşdırılmış nazirlər. Məgər biz belələrini az görmüşük? Onun tənqid obyektləri "Kirpi" jurnalında dərc etdirdiyi yazılarda konkretləşirdi. Əlbəttə, bunlar Seyfəddinə bəzən başağrısı da gətirirdi. Amma onu tutduğu yoldan çəkindirmək mümkün deyildi. Mərd adam idi. Elə buna görə də ona hörmət eləyir, xətrini istəyirdilər. Həmişə bizə deyirdi: "Gecə saat 3-də qapımı döysələr, gedib ürəyi rahat açacağam. Ona görə ki, heç kimin yanında nə dilim qısadır, nə də gözüm kölgəlidir. Mən yalnız öz zəhmətimin haqqını yemişəm. Uşaqlarına nəsihət edirdi ki, hər şeyə özləri nail olsunlar, iş-gücdən, zəhmətdən qorxmasınlar. Çox məsuliyyətli adam idi. Bir işi öhdəsinə götürübsə, onu mütləq görməli idi. Heç vaxt boş yerə kimsəyə söz verməzdi. Vəd verdisə, hökmən yerinə yetirməli idi. Yorulmaq nə olduğunu bilməzdi. Ona üz tutanları naümid qaytarmazdı. Əlindən gələn qədər hamıya yaxşılıq edirdi.
Amma bunun müqabilində ayağının altını qazanlar oldu. Halbuki o adamların yolunda əziyyətlər çəkmişdi, onların da işini görmüşdü. Yaxşılığının əvəzində pislik, namərdlik görmək insana ağır zərbə olur. Nə qədər çalışırsan əhəmiyyət verməyəsən, ürəyinə salmayasan, mümkün olmur. Seyfəddinə də gördüyü naqisliklər pis təsir edirdi. Həmişə əsl kişiyə xas olan xüsusiyyətləri öz daxilində, davranışında, insanlara münasibətində qoruyub saxladı. Seyfəddin kiməsə arxadan zərbə vurmağı heç ağlına da gətirməzdi...
Sağalmaz könül yarası...
Amma naxələflər tapıldı. Seyfəddin işdən çıxdı. 1980-ci ilin mayından ömrünün sonunadək "Yazıçı" nəşriyyatında redaktor işlədi. O daha çox mənəvi zərbədən sarsılmışdı. Aldığı könül yarası izsiz ötüşmədi. Son vaxtlar ürəyi çox ağrıyırdı. Təzyiqinin yüksəlməsindən şikayətlənirdi. Hər şeyi unutsaydı, bəlkə ürəyi də onu bu qədər incitməzdi. Seyfəddin isə heç nəyi yaddan çıxara bilmirdi. İndi bir zamanlar ona naxələflik edənlərin adlarını çəkmək istəmirəm. Əslində, o vaxt onların iş yerində bu əhvalatı hamı bilirdi. O adamın Seyfəddinə qarşı etdiklərinə tənqid demək olmazdı. Onun ayağının altını qazırdı. O adam sonradan Seyfəddindən gördüyü o qədər yaxşılığın müqabilində belə iş tutduğuna görə özü də vicdan əzabı çəkirdi...
Onun ölümü mənim üçün qəflətən oldu. Seyfəddinin bir gün dünyasını dəyişəcəyini ağlıma belə gətirmirdim. Elə bilirdim ki, o heç vaxt ölməyəcək. Biz bir-birimizi çox istəyirdik. Bilmirəm, bəlkə elə buna görə mən onun xarakterində, davranışında heç bir nöqsan görmürdüm. Yoldaşım olduğuna görə demirəm, uşaqlarımın atası olduğuna görə demirəm, Seyfəddin yaxşı adam idi. Yaxşıya yaxşı deyərlər. Seyfəddin həmişə çalışırdı ki, xalqa yaxın olsun"...
Qızı Qəmər Seyfəddinqızının atası ilə bağlı xatirələrindən: "Nə qədər yaxşı sözlər, yaxşı hisslər varsa, atama aid edirəm. Atam çox dürüst, çox zəhmətkeş, namuslu, öz xalqını istəyən bir insan idi. Kömək lazımdırsa, tanımadığı adama belə kömək edərdi. Fikirləşirəm, bir dənə mənfi xüsusiyyətini tapa bilmirəm. Zəhmi vardı, amma çox zarafatcıl adam idi".
Yazıçı 1983-cü il yanvarın 18-də dünyasını dəyişib.
"Azadlıq" qəzeti
Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Unudulmaz satira ustası Seyfəddin Dağlı
31 İyul 2012 17:27
4 Şərh
Baxış: 12 321
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
Bakıda Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin bayram konserti keçirilib – FOTO
-
Ramil Qasımov ilk dəfə Kavaradossi rolunda çıxış edəcək
-
İbrahim Babayevin müəllifi və solisti olduğu “MughaMix” adlı təqdimat-konserti keçirilib - FOTO
-
Leyla Əliyeva və Zəhra Pezeşkian “Mənim dənizlərim, mənim okeanlarım” sərgisini ziyarət ediblər - FOTO
-
Ankarada küçələrdən birinə Üzeyir Hacıbəylinin adı verilib - FOTO
-
Xalq artisti Məcnun Kərimovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - FOTO
XƏBƏR LENTİ
-
Yaşlandıqca niyə özünəinam zəifləyir?
-
Dərmansız boğaz ağrısının qarşısını almağın 5 yolu
-
"Uzak şehir"in çəkilişləri dayandırıldı
-
Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın
-
Soyuducunu necə düzgün təmizləməli? - Mükəmməl təmizlik üçün addım-addım təlimat
-
“Friends”in aktyoru vəfat etdi - FOTO
-
Bakının 2 rayonunda qaz kəsiləcək
-
“Yeni ildə atamı istəyirəm...” - FOTO
-
Sadettin Saran yenidən saxlanılıb
-
Kommunal ödənişlərin qiyməti dəyişə bilər - "Artım məcburi olmayacaq"
-
Günün qoroskopu: İşlə bağlı bəzi planlarınızı gizli tutun
-
AZAL təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasından bir il ötür
-
İlham Əliyev ad gününü ailə üzvləri ilə qeyd edib - FOTO
-
Mir Şahinə biskvit satırdım - Röya
-
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva “Təmiz Dünya” sığınacağında olublar - FOTO
-
Evin hüzurunu qaçıran ağaclar: Mütəxəssislərdən ciddi xəbərdarlıq
-
Sosial şəbəkələrdə yeni dələduzluq növü - "az yatır, çox götür" - VİDEO
-
“İstəmirəm ki, atam məhəlləyə utana-utana çıxsın”
-
Emin Əmrullayev yeni prorektor təyin etdi - FOTO
-
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva internat tipli xüsusi ümumtəhsil məktəbində olublar - FOTO
-
Mətanət Piriquliyeva işdən çıxarıldı
-
Qroznıda AZAL-ın təyyarə qəzası qurbanlarının xatirə lövhəsi açılıb - FOTO
-
Mənfi duyğular yaradan 3 rəng
-
"Qarabağ"ın futbolçusu oyuna çıxmaqdan imtina etdi





