Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasında italyan bəstəkar Pietro Mascagninin məşhur "Cavalleria Rusticana" ("Kənd Namusu") adlı bir pərdəli operası səhnələşdirilib.
Tamaşada baş rollarda Aytac Şıxəlizadə (Santutsa), Əməkdar artist Azər Zadə (Turiddu), beynəlxalq müsabiqələr laureatı Taleh Yahyayev (Alfio), Əməkdar artist Səbinə Vahabzadə (Luçiya) və Nina Makarova (Lola) çıxış ediblər.
Tamaşanın bədii rəhbəri və dirijoru Azərbaycan Respublikasının Xalq artisti Cavanşir Cəfərov, quruluşçu rejissoru Lüdviq Bauman, rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Yusif Babayev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.
Səhnə əsəri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Gərgin süjet xətti, dərin emosional ifalar və musiqi tərtibatı operasevərlərə unudulmaz anlar yaşadıb.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az





