Şabran rayonunun Xəzər dənizi sahil zolağında ov qaydalarını pozan şəxslər saxlanılıb.
Milli.Az xəbər verir ki, bu barədə Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, araşdırma zamanı ov qaydalarını pozan şəxslərin Türkiyə vətəndaşı Mervan Çağrı Tapınç və Bakı sakini Zahid Həsənov olduğu müəyyənləşib.
Saxlanılan şəxslərin 99-FF-776 dövlət qeydiyyat nişanlı "Niva" markalı nəqliyyat vasitəsinə keçirilən baxış zamanı avtomobildə qanunsuz əldə edilmiş 3 Şahin quşu, 1 göyərçin və 3 tələ aşkar olunub.
Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunaraq hər birinə 2000 manat məbləğində cərimə tətbiq edilib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ov fəaliyyəti ilə məşğul olan şəxsləri qaydalara ciddi əməl etməyə, qadağan olunmuş vaxtlarda, qadağan edilmiş alətlərlə ov etməkdən çəkinməyə çağırır.
Milli.Az





