Dünya

Ukraynada qatarda qumbara partladıldı - Xeyli ölən var - FOTO

24 Oktyabr 2025 15:17
Baxış: 733
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ukraynanın Jitomir vilayətində naməlum şəxs qatarda qumbara partladıb.

Milli.Az "Ukrainskaya pravda"ya istinadən xəbər verir ki, həmin şəxs sənədlərin yoxlanılması zamanı qumbaranı işə salıb.

Hadisə nəticəsində 4 nəfər ölüb, 12 nəfər yaralanıb.

İlkin məlumatlara əsasən, qumbaranı partladan axtarışda olan şəxs olub.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.