Azərbaycanda ilk dəfə təqdim olunan möhtəşəm premyera!
Bu sadəcə sirk deyil, incəsənət və texnologiyanın birləşdiyi unikal tamaşadır.
İşıq, musiqi və qrafik effektlər səhnəni sehr dolu məkana çevirir.
Proqramda tamaşaçıları gözləyir:
* zalı gülüşlə dolduran kloun,
* peşəkar jonqlörlər,
* cəsarətli akrobatların pər və lent nömrələri,
* yüksək ustalıq tələb edən stul nömrəsi,
* güclü və sinxron dördlük akrobatlar,
* nəfəs kəsən rolik üzərində nömrə,
* sirli və möhtəşəm transformasiya,
* insan imkanlarının sərhədlərini göstərən ekvilibr nömrəsi.
Proqramın zirvəsi - The Hologram Circus Show.
Bu, heyvanların və fantastik obrazların 7D qrafik formatında canlandığı müasir tamaşadır.
Azərbaycanda ilk dəfə Circus Sea Breeze səhnəsində təqdim olunacaq bu şou tamaşaçılar üçün əsl sensasiya olacaq!
Vokal, işıq effektləri və dinamik musiqi ilə müşayiət olunan tamaşa reallıqla illüziyanı birləşdirən unudulmaz ab-hava yaradacaq.
The Hologram Circus Show - dünya səviyyəli premyera, yaddaşlardan silinməyəcək bir təcrübə olacaq!
Şouya gəlmək indi daha rahatdır - Koroğlu metro stansiyasından **Circus Sea Breeze**-ə və geriyə dönüş üçün "Bilet + Nəqliyyat" bileti əldə edən tamaşaçılar üçün transfer xidməti nəzərdə tutulub.
Standart biletlərə nəqliyyat daxil deyil.
Biletlər: (https://iticket.az/events/circus/the-hologram-circus-show)
İnformasiya dəstəyi:Trend.Az, Day.Az, Milli.Az