"Burada səsimizi Allah da eşitmirdi"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"O, səhnədə, tabutda səssiz-səmirsiz olan mənim muğam müəllimimdir, dostlar. Səsimə səs, nəfəsimə nəfəs, gücümə güc qatanım, Arif Babayev... Arif müəllim həyatda idi, Şövkət xanımın yoxluğuna o qədər də inanmırdım. Bu gün isə körpə uşağa dönmüşdük: mən, Nuriyyə Hüseynova, Zakir Əliyev, Nəzakət Teymurova, Cabir Abdullayev... Elə bil atasız qalan körpə, əlləri yaralı quş kimi çabalayan, imdad diləyən, içindəki, hayqırtısından öz qulağı tutulan, "köməy olun" deyərək işi-çölü yanan körpə uşaqlar kimi biri-birimizdən bərk yapışaraq sanki Tanrıdan "nə olar, ustadımızı ayırma bizdən, Allahım" deyirdik, iç naləmizlə. Səsimizi özümüzdən başqa eşidən yox idi... Allah da eşitmirdi. Çünki içimiz qana boyanmışdı, qan ağlayırdı..."
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova mərhum Xalq artisti Arif Babayevlə bağlı paylaşımında yazıb.
"Seygahın şahı getdi. Ustadımız köçdü başqa dünyaya. Biz olmayan dünyaya bizsiz köçdü. Tək getdi o çətin, qaranlıqlardan keçən uzun yolu. Azüqən bol olsun, ustad. Bütün sənət öyrətdiyin tələbələrinin, onların da tələbələrinin sizdən qazandığı, öyrəndikləri sizin səvablarınız olsun yolunuz boyu. Getdiniz. Sizdən qalan bunlar oldu. Biz sizdən razı qaldıq. Qoy, Allah da sizdən razı olsun.
Arif müəllim segah muğamının sadəcə ifaçısı deyildi, onun ruhunu danışdıran bir sənətkar idi. Sanki segah muğamı onun səsində özünü tapmışdı. Onun oxuduğu segah əslində bir tale, bir hekayə, bir dua kimi səslənirdi. Elə bil ki, bu segah onun üçün yazılmışdı, onun nəfəsinə, qəlbinə, daxili aləminə uyğun biçilmişdi. Arif müəllim segahı oxuyanda sanki səsindən boylanan bir rəsm vardı - nə fırça iziydi, nə də sadə bir kölgə... Bu, Allahın çəkdiyi rəng idi, heç bir rəssamın əli çata bilməyəcəyi dərəcədə saf və müqəddəs.
Onun səsində bir yanğı vardı - bir ağrının gözəlliyi, bir dərdin zərifliyi. Hər segah onun dilindən çıxanda insanların içində illərlə gizlənmiş duyğuları oyadırdı. Və o qədər təsirli, dərin idi ki, segah artıq sadəcə bir muğam yox, Arif Babayevin öz səsi, öz nəfəsi olmuşdu. İndi segah səslənəndə çoxları onu yenə Arif müəllimin səsində eşitmək istəyir. Çünki segah onunla bütöv, tam idi. Onun səsi olmasaydı, segah bu qədər vardı? Onun səsi olmasaydı, segah bu qədər sevilərdi, başa düşülərdimi? Bunu zamanın özü də cavablandıra bilmir. Arif Babayev segahı danışdırdı. Onunla dərdini dedi, sevdi, Tanrıya pıçıldadı. Və bu pıçıltı bu gün də səslənir - qəlblərdə, yaddaşlarda, sükutun özündə... Arif Babayev segahın rəssamı, bəstəkarı, tələbərinin isə əsl atası idi" deyə, A.Haşımova bildirib.
Qeyd edək ki, Arif Babayev bu gün səhər saatlarında vəfat edib. O, I Fəxri Xiyabanda dəfn olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rauf Əskəri Nəsirovun “Əksetmə” adlı fotosərgisinin açılışı keçirilib - (Foto)
-
Filarmoniyada görkəmli bəstəkar Cahangir Cahangirovun 105 illik yubileyinə həsr olunmuş möhtəşəm konsert keçirildi - (Foto)
-
Azər Aydəmir yeni vəzifəyə təyin olundu
-
Azərbaycan musiqisi Cənubi Koreyada: muğam və cazın cazibəsi ACC X Musiqi Festivalında təqdim olunub - (Foto)
-
Plener əsərlər sərgisi açılacaq
-
Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub - (Foto)
XƏBƏR LENTİ
-
Atilla Taşın qızı faciəvi şəkildə öldü
-
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb
-
Selin Dion səhnədə yıxıldı - (Video)
-
Bakıda maşın vuran şəxslər nənə və nəvə imiş - Yenilənib - (Video)
-
"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
-
Cəbrayılda mina partladı - Xəsarət alan var - Yenilənib
-
Beynəlxalq səyyahlar Ağdamın tarixi məkanlarını ziyarət ediblər - (Foto)
-
“Atama qarşı haqsızlıq çox oldu” - Peyman Əşrəfov
-
ABŞ Ukrayna danışıqlarında vasitəçilik səylərini dayandıra bilər - Rubio
-
Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - xəbərdarlıq
-
MEMİM-in “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” layihəsi üzrə növbəti seminar keçirilib - (Foto)
-
Çox zülal qəbul etmək arıqladır? - Həkim açıqladı
-
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
-
Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq: Sistemlər hücum altındadır
-
ABŞ İrana zərbələri bərpa edə bilər - Mühüm detallar
-
Əməkdar artist: “Bəd nəzərə gəldim, 14 saat komada qalmışam” - (Video)
-
Kolumbiya nümayəndəsi: İtkin düşmüş şəxslərin axtarışı etimadın yaradılmasına xidmət edən konkret vasitəyə çevrilə bilər - (Video)
-
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarıldı
-
Rauf Əskəri Nəsirovun “Əksetmə” adlı fotosərgisinin açılışı keçirilib - (Foto)
-
"Şou-biznesin ən gözəl xanımı Aygün Kazımovadır"
-
Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğunu 9 ayda 120 mindən çox turist ziyarət edib
-
İran bu vaxta qədər Hörmüz boğazını açmayacağını elan etdi
-
"Neftçi" – "Sabah" oyununun hakimləri açıqlandı
-
Müdir işçilərinə BMW hədiyyə etdi - Səbəbi təəccübləndirdi





