Rəna Rzayevanın "Əbədi qayıdış" kitabının təqdimatı keçirilib - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikasının Əməkdar artisti, beynəlxalq müsabiqə və festivallar laureatı, pianoçu Rəna Rzayevanın "Əbədi qayıdış" kitabının təqdimatı keçirilib.
Tədbir çərçivəsində Rəna Rzayeva "Nəsillər boyunca" adlı xüsusi konsert proqramı ilə çıxış edib.
Konsertdə ön söz ilə Əməkdar incəsənət xadimi, musiqişünas Zümrüd Dadaşzadə çıxış edərək Rəna Rzayevanın həyat və yaradıcılığından söz açıb. Bildirib ki, hər konsertin öz təhkiyə xətti olur. Bugünki konsert də Rəna xanımın yazdığı xatirə kitabı ilə bağlıdır. O, öz atasına, uzun illər dövlət vəzifələrində çalışmış, ictimai xadim Cəmaləddin Rzayeva ithaf edilmiş kitabdan təkan alaraq bizi maraqlı bir səyahətə dəvət edəcək.
Musiqişünas əlavə edib ki, müəyyən araşdırıcılıq işinin nəticəsi olan kitab da, konsert proqramı da Rəna xanımın bir sıra önəmli keyfiyyətlərinə, mərdliyinə, yenilik sorağında olmasına dəlalət edir. Proqramda yer alan beş sonata - kitabın əsas fəsillərinə, Cəmaləddin Rzayevin həyatından ayrı-ayrı hadisələrə bir illüstrasiya kimi düşünülüb. Müəllif kitabda görkəmli dövlət xadiminin obrazını geniş bir fonda təqdim edir. Kitab yaxşı strukturlaşdırılıb, bədii təhkiyə adama zövq bəxş edir.
Konsert proqramında Y.Haydn, N.Metner, A. Skryabin, C.Debussi, A.Əlizadə, R. Həsənovanın əsərləri , həmçinin Rüfət Xəlilovun "İlğım" əsəri ilk dəfə səslənib. Qeyd edək ki, Rəna Rzayeva Azərbaycan Dövlət Konservatoriyasının məzunudur və 1984-cü ildən 2013-cü ilə qədər Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur.
Rəna Rzayeva dünyanın bir çox ölkələrində Avstriya, Almaniya, Hollandiya, İtaliya, İngiltərə, Fransa, İsveçrə, ABŞ, Rusiya, İspaniya, Türkiyə və Misirdə solo konsertlərlə çıxış edib. Onun repertuarına İ.S.Baxdan başlayaraq müasir bəstəkarlara qədər olan əsərlər daxildir.
Zümrüd Dadaşzadə tanınmış pianoçu haqqında məqalələrində yazır: "Rəna Rzayevanın adı musiqi cameəsinə kifayət qədər yaxşı bəllidir. Xatırladım ki, o, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını professor Elmira Səfərovanın sinfi üzrə bitirdikdən sonra pianoçu kimi fəal çalışaraq, mütəmadi konsertlər verərək, özünü düşünən, axtarışda olan, bir sıra "ilk"lərə imza atan musiqiçi kimi tanıtdırıb. Mütəhərriklik, ali zövq, yeni musiqiyə sevgi - bu sözlər onu gözəl səciyyələndirir. O, daim yeni adlar, yeni əsərlər sorağındadır. Bəstəkarlar da ona etibar edir, onun təfsirlərini yüksək dəyərləndirirlər. Yeni Azərbaycan musiqisini təmsil edənlərin böyük bir hissəsinin - Fərəc Qarayev, Azər Dadaşov, Firəngiz Əlizadə, Cavanşir Quliyev, Rəhilə Həsənova, İsmayıl Hacıbəyov, Salman Qəmbərov, Zaur Fərhadov və neçə-neçə başqa müəllifin əsərlərini məhz Rəna xanım - çox zaman ilk dəfə - səsləndirib. Əlbəttə, repertuarında Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmirov, Arif Məlikov, Aqşin Əlizadə də var. Başqa sözlə, Rəna xanımın yaradıcılığı timsalında Azərbaycan fortepiano musiqisinin inkişaf tarixinin əsas mərhələlərini də izləmək olar. Özü də bəstəkarların bir çoxu öz əsərlərini məhz Rəna Rzayevaya ithaf ediblər. Ulf-Diether Soyka - Avstriya bəstəkarının Piano konserti də məxsusi Rəna xanım üçün yazılıb. Bu, əcnəbi bəstəkarın azərbaycanlı ifaçıya həsr etdiyi ilk əsərdir".
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“STB” Pop qrupunun “Yaşayır İnsan” mahnısına çəkilmiş klipi təqdim olunub - (Video)
-
«Bulqakovun musiqi dünyası» adlı teatrlaşdırılmış konsert keçirilib - (Foto)
-
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Qəssablardan evdə ət bişirməyin sirri: "3-3-2-2" düsturu
-
Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin
-
81 yaşlı Türkan Şorayın yeni görüntüsü gündəm oldu - (Foto)
-
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - (Video)
-
Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
-
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Sağlamlıq və maliyyə vəziyyətiniz sizin xeyrinizə olacaq
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldıldı
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Masallıda dərs zamanı şagirdə nə olub? - (Video)
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva





