Mədəniyyət

Filarmoniyada 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş konsertlər

1 Mart 2025 17:02
Baxış: 332
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

6 Mart 19:00-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında Azərbaycan Dövlət Simli Kvartetinin"Notların ahəngindəki poeziya" adlı özünəməxsus konserti keçiriləcək.

8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş bu konsertdə poeziya və musiqidə olan axıcılıq, rəvanlıq ən nəcib insan duyğuları ilə səsləşəcək. Gecədə dinlənilən əsərlər qüdrətli ilhamın həm danışan, həm də səslənən ifadəsi olacaq... Əziz izləyicilər, bu gözəl axşamı qaçırmayın!

7 Mart 19:00-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində dirijor Mustafa Mehmandarovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti və solist Azərbaycan Respublikasının Əməkdar artisti Nərgiz Əliyarovanın (piano) iştirakı ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş maraqlı konsert baş tutacaq. Proqramda  L.v.Beethoven Piano və orkestr üçün 3 saylı konsert (c-moll, op.37), H.Berlioz "Macar marşı" və  A.Dvorak "Slavyan rəqsləri" dinləyicilərə təqdim olunacaq...

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.