Mədəniyyət

20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunur - ifa edir Ramil Qasımov - VİDEO

20 Yanvar 2025 15:46
Baxış: 911
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın tanınmış vokalçısı, Əməkdar artist Ramil Qasımov 20 Yanvar şəhidlərin xatirəsinə həsr olunmuş iki videoçarx təqdim edib.

Xatırladaq ki, bu gün 20 Yanvar faciəsinin 35-ci ildönümüdür. Azərbaycan xalqı bu faciə qurbanlarının əziz xatirəsini ehtiramla yad edir. 19-20 yanvar 1990-cı il tarixində fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana qarşı hərbi əməliyyatlara başladı. Baş vermiş faciə nəticəsində 147 nəfər həlak olub, 744 nəfər ağır yaralanıb, 841 nəfər qanunsuz həbs edilib. Sovet ordusunun hərəkətləri nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıdıldı. 20 Yanvar 1990-cı il Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə tarixində qəhrəmanlıq səhifəsi oldu. Bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, Azərbaycan xalqı o dəhşətli gecəni heç vaxt unutmur, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Yanvarın 20-də baş verən faciəli hadisələrin qurbanlarının xatirəsinə bu gün Azərbaycanda Ümumxalq Hüzn Günü elan edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.