UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası Azərbaycan Respublikasının Belçika Krallığında və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyinin və Avropa İttifaqı yanında Nümayəndəliyinin dəstəyi ilə tar, kamança və qavalın nadir eksponatlarını Belçika Kral İncəsənət və Tarix Muzeylərinin himayəsi altında Musiqi Alətləri Muzeyinə hədiyyə edib.
MIlli.Az xəbər verir ki, bu barədə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası məlumat yayıb.
Bildirilib ki, bu, mədəni əlaqələrin möhkəmləndirilməsi və Azərbaycan irsinin bütün dünyada təbliği istiqamətində daha bir addımdır.
MIlli.Az