Mədəniyyət

Gəncə Dövlət Filarmoniyasinda Ramiz Mİrişlinin 90 illiyi qeyd olundu - FOTO

22 Oktyabr 2024 16:52
Baxış: 219
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq artisti Ramiz Mirişlinin 90 illiyinə həsr olunmuş konsert proqramı baş tutub. 

Gecədə Gəncə Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti, Xəyal Qəhrəmanovun bədii rəhbər və dirijorluğu ilə Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, solistlər Samirə Hacıyeva, Zaminə Mustafayeva, Samir Məmmədov, Azər Verdiyev, Xəyal Əliyev bəstəkarın "Arazım", "İlk sevgi", "Qızlar bulağı", "Dedi tələsmə", "Küsüb məndən", "Doğma diyarım", "Həyat söylə sən kiminsən", "Bir könül sındırmışam", "Azərbaycan dünyam mənim"  mahnılarını səsləndiriblər.

Konsert proqramı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.