Hava

XƏBƏRDARLIQ: Qar yağacaq, dolu düşəcək

22 Oktyabr 2024 19:47
Baxış: 3 315
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın cənub rayonlarında yağış, qar yağacaq, dolu düşəcək, çaylardan sel keçəcək.

Bu barədə Milli.Az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Lənkəran-Astara bölgəsində oktyabrın 23-də fasilələrlə yağıntılı hava şəraitinin davam edəcəyi, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərində leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.