Dünya

Daşqınlara görə fövqəladə vəziyyət elan edildi - Ölən və xəsarət alanlar var

22 Oktyabr 2024 19:46
Baxış: 527
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nyu-Meksiko ştatının Rosvel şəhərində həftəsonu yağan güclü yağışlar daşqınlara səbəb olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  Nyu-Meksiko polisi daşqınlar nəticəsində ən azı iki nəfərin öldüyünü açıqlayıb.

Məlumata görə, Nyu-Meksiko Milli Qvardiyası tərəfindən 300-dən çox insan xilas edilib, onlardan 38-i müxtəlif xəsarətlərlə xəstəxanalara aparılıb.

Daşqın şənlik keçirilən şəhər mərkəzini də basıb. Suyun səviyyəsinin qalxmasına görə musiqi qrupu və qonaqlar dama çıxmaq məcburiyyətində qalıb, səhər xilasedicilər gələnə qədər orada gözləyiblər.

Fəlakətə görə Nyu-Meksiko qubernatoru Mişel Lujan-Qrişam fövqəladə vəziyyət elan edərək, zərərçəkənlərə kömək üçün dövlət büdcəsindən 1 milyon dollar ayırıb.

Qeyd olunur ki, orta hesabla, Rosvel ildə 30 santimetrdən çox yağıntı almır, sinoptiklər bu qeyri-adi hadisəni Arizona üzərində dövr edən tsikllə əlaqələndiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.