Mədəniyyət

Ələkbər Tağıyevin 100 illiyinə həsr olunmuş konsert proqramı təqdim olunub - FOTO

27 İyun 2024 15:55
Baxış: 1 053
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ələkbər Tağıyevin 100 illiyinə həsr olunmuş konsert proqramı təqdim olunub - FOTO

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında tanınmış bəstəkar Ələkbər Tağıyevin mahnılarından ibarət konsert proqramı təqdim olunub. Konsert bəstəkarın anadan olmasının 100 illiyinə həsr olunub.

Konsertdə teatrın solistləri bəstəkarın populyar mahnılarından ibarət musiqi nömrələri ilə çıxışlar ediblər. Bir-birindən parlaq ifaların təqdim olunduğu konsert proqramı maraqla qarşılanıb. Solistləri teatrın instrumental ansamblı müşayiət edib (rəhbər Mirxalid Salayev)

Qeyd edək ki, Ələkbər Tağıyev Azərbaycan musiqi mədəniyyətinə "Azərbaycanım mənim", "Şirin arzular", "Sən gəlməz oldun", "Dinə bilmədim", "Bakı gecələri", "Qonşu qız", "Azərbaycan oğluyam", "Qəşəngdir" kimi bir çox sevilən mahnılar bəxş edib. Bəstəkarın "Sən gəlməz oldun", "Arzu qızım", "Sənə qurban", "Sədaqətim var" kimi mahnıları dəfələrlə xarici müğənnilərin repertuarına daxil olub.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.