Mədəniyyət

Hindistanlı prodüserlər Laçındakı “Hoçazfilm” kinostudiyası ilə əməkdaşlıqda maraqlıdırlar - Məsim Məmmədov

28 İyun 2024 13:55
Baxış: 1 024
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanlı prodüserlər Laçında fəaliyyət göstərən "Hoçazfilm" kinostudiyası ilə əməkdaşlıqda maraqlıdırlar.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov deyib.

O bildirib ki, unikal yaradıcılıq mərkəzi olan "Hoçazfilm" kinostudiyası bütövlükdə Qarabağ və Şərqi Zəngəzur regionunda yaradılmış ilk yaradıcılıq məkanıdır:

"Hoçazfilm" yaradıcılıq studiyasının direktoru Amil Amaldır. O, rejissor kimi filmlərin quruluşuna öz töhfəsini vermişdir. Laçın təbiətinin ecazkarlığı yerli və xarici film istehsalçıların marağına səbəb olub. Bu, kino sənayemizə beynəlxalq marağı təsdiqləyir. Ümid edirik ki, daha çox prodüser mərkəzləri "Hoçazfilm"in layihələrinə diqqət yetirəcək".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.