Mədəniyyət

Muğam Mərkəzində konsert keçirildi - FOTOlar

29 Aprel 2024 21:05
Baxış: 610
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aprelin 18-də Beynəlxalq Muğam Mərkəzində "Baharın harmoniyası"( "Spring Harmony")  aldı konsert keçirilib.

Milli.Az xəbər verir ki, konsert proqramında Azərbaycan və xarici bəstəkarların məşhur musiqi əsərləri təqdim edilib.

Gecədə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimləri Zərif Kərimova, Oksana Gül, Gülşən Mehdiyeva (piano) və Azərbaycan Dövlət Simfonik Orkestrinin solisti Nərgiz Əliyevanın (fleyta) ifaları səslənib.

Dörd xanım ifaçı səhnədə bir-birindən rəngarəng ifalarla tamaşaçılara zövqlü musiqili gecəsi bəxş ediblər. Musiqinin sehrini ruhunuzda hiss edin. İfaya olan həvəsinizi qarşılamaq və ona ruhunuzun bir parçasını vermək üçün səhnəyə çıxın fikirləri ilə çıxış edən ifaçılar tamaşaçıların alqışları ilə mükafatlanıblar. Konsertin adına uyğun bahar harmoniyalı həmahəng musiqi nömrələri və ifalar bir daha qadın zövqünün incəliyini səhnədən zala ötürmüş oldu. Xanım musiqiçilərin  özləri qədər parlaq çıxışları gurultulu alqışlarla müşayiət olunub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.