Mədəniyyət

"Şuşada böyük məmnuniyyətlə gedib yaşayacağam" - VİDEO

7 Mart 2024 11:46
Baxış: 2 406
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Şuşada böyük məmnuniyyətlə həm gedib yaşayacam, həm yaradacam, həm də ürəyimdə bəzi arzularım var ki, onları həyata keçirəcəm", - bu fikirləri yaddaqalan obrazlarla tamaşaçıların dərin rəğbətini qazanan xalq artisti Firəngiz Mütəllimova Böyük Qayıdış haqqında rəy və təəssüratlarını bölüşərkən deyib. Qarabağa insanların böyük həvəslə qayıtmasından fərəh hissi keçirdiyini qeyd edən istedadlı sənətkar bu prosesdə  gənclərin iştirakının vacib olduğunu vurğulayıb.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri həyata keçirilir. Bu çərçivədə işğaldan azad edilmiş ərazilərdən olan ziyalıların, gənclərin və müxtəlif peşə sahiblərinin iştirakı ilə videoçarxlar hazırlanır.

Xalq artisti Firəngiz Mütəllimovanın iştirakı ilə hazırlanmış növbəti video çarxı təqdim edirik.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.