Mədəniyyət

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı premyeraya hazırlaşır - FOTO

22 Dekabr 2023 18:04
Baxış: 1 744
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı premyeraya hazırlaşır. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, Gənc Tamaşaçılar Teatrında Abdulla Şaiqin "Tıq-tıq xanım" adlı nağılı əsasında hazırlanan eyniadlı tamaşanın məşqləri başa çatıb. 

Tamaşasının quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, rəssamı Mustafa Mustafayevdir. Rəqslərin quruluşu isə Tuncay Hüseynova aiddir.

Premyerası 2024-cü il yanvar ayının 13-də və 14-də nəzərdə tutulan səhnə əsərində aktyorlar Günel Məmmədova, Aydan Həsənzadə, Xəyalə Qasımova, Nuranə Hüseynova, Aybəniz Heydərova, Könül Əbilova, Fəridə Qurbanova, Ramil Şamiloğlu, Ramiq Nəsirov, Xaliq Bəkirov, İmran Qurbanov, Hilal Dəmirov, Ümman Budaqov, Nurlan Süleymanlı, Hüseyn Bayramov, İlhan Sadıqov iştirak edirlər.

Uşaqların sevimli nağıllarından biri olan "Tıq-tıq xanım" əsasında hazırlanan səhnə əsərində Tıq-tıq xanım qayğıya, dostluğa, xoş münasibətə ehtiyacı olan, amma özünü sevən, lovğalıq edən  böcəkdir. Günlərin birində Tıq-tıq xanım bəzənib-düzənib özünə dost axtarmağa yollanır. Onun arzuladığı kimi dost isə yalnız Siçan bəy olur. Ancaq Tıq-tıqın xasiyyəti və söz dinləməməsi onunla Siçanın dosluğuna zərər vurur. Müəllif nağılda baş verən hadisələrin fonunda uşaqlara özündən razılığın, ifrat nazın, küskünlüyün xeyirli olmadığını, bu xüsusiyyətlərin insanları tənhalığa məhkum edə biləcəyini vurğulayır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.