Mədəniyyət

Musiqili Teatrda “Əliqulu evlənir” tamaşası hazırlanır - FOTO

15 Dekabr 2023 20:44
Baxış: 877
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında müxtəlif rejissorların quruluşunda yeni-yeni səhnə əsərlərinin məşqləri uğurla davam etdirilir.

Onlardan biri də "Şöhrət" ordenli Xalq artisti İlham Namiq Kamalın librettosu və quruluşunda hazırlanan "Əliqulu evlənir" (Oqtay Rəcəbov, Sabit Rəhman) komediyasıdır.

Tamaşanın məşqində Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev iştirak edib, yaradıcı heyətlə fikir mübadiləsi aparıb, bəzi tövsiyələrini verib.

Musiqili Teatrının səhnəsində yazıçı-dramaturq Sabit Rəhmanın "Hicran" komediyasından sonra onun ikinci bir əsərinin səhnəyə qoyulmasının böyük məsuliyyət olduğunu vurğulayan Xalq artisti yaradılan şəraitə görə teatr rəhbərliyinə minnətdarlığını bildirib. 

Dövrümüzlə səsləşən bu tamaşanın bəstəkarı Əməkdar incəsənət xadimi Oqtay Rəcəbov, musiqi mətnlərinin müəllifi isə Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğludur.

Səhnə əsərinin quruluşçu dirijoru Əməkdar İncəsənət xadimi Fəxrəddin
Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysteri
Əməkdar artist Emin Əliyev, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova,
geyim üzrə rəssamı Nübar Hüseynova, konsertmeysteri Fidan Əliyeva, rejissor
assistenti Əməkdar artist İqrar Salamovdur.

Rol bölgüsünə əsasən tamaşada İlham Namiq Kamalla yanaşı, Əməkdar
artistlər Nahidə Orucova, İqrar Salamov, Prezident mükafatçısı Səmədzadə Xasiyev, aktyorlar Ülviyyə Əliyeva, Rəsmiyyə Nurməmmədova, Gültac Əlili, Aydan Həsənova, Əliməmməd Novruzov, Şaban Cəfərov, Eleonora Abbasova, Gülnarə Əzizova, Ruslan Mürsəlov, Elçin İmanov, Mehriban Rəcəbova, Nərmin
Əliyeva, Böyükxanım Məmmədova, Nəzrin İsmayılzadə, Əlizamin Abbasov iştirak edəcəklər.

Teatrın əksər tamaşalarında olduğu kimi, bu tamaşada da xor və
balet artistləri səhnəyə çıxacaqlar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.