Mədəniyyət

“Oskar-2024”ün aparıcısı məlum oldu - FOTO

16 Noyabr 2023 21:35
Baxış: 1 143
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur ABŞ-li şoumen Cimmi Kimmel 2024-cü ildə yenidən "Oskar"ın aparıcısı olacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu, Kimmelin aparıcı kimi dördüncü "Oskar" mərasimi olacaq. O, 2017, 2018 və 2023-cü illərdə bu möhtəşəm film mərasimin aparıcı olub.

Kimmel həmişə dörd dəfə "Oskar" təqdim etmək arzusunda olduğunu etiraf edib. İndi bu göstəriciyə görə onun aparıcılıq sayı Vupi Qoldberq və Cek Lemmonla bərabərləşib.

Qeyd edək ki, Akademiya Mükafatları 96-cı dəfə 2024-cü il martın 10-da təqdim olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.