Mədəniyyət

AzTV milli animasiya filmləri çəkəcək

14 Noyabr 2023 06:20
Baxış: 634
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AzTV növbəti ildən cizgi filmlər istehsal edəcək.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə Ankarada səfərdə olan "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri Rövşən Məmmədovla Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) sədri Serkan Kayalar arasında görüşdə razılıq əldə olunub. Tərəflər iki qardaş ölkə arasında əməkdaşlığın televiziya sahəsində də inkişaf etdirilməsinin mühüm istiqamətlərini müzakirə ediblər.

Qeyd olunub ki, hazırda ən maraqlı və strateji sahələrdən biri milli dəyərləri, qədim türk tarixi və adət-ənənələrini özündə əks etdirən ortaq cizgi filmlərinin hazırlanmasıdır.

Odur ki, TİKA-nın dəstəyi ilə 2024-cü ildə AzTV-də animasiya mərkəzinin yaradılması və yerli mütəxəssislərin hazırlanması, Azərbaycan Televiziyasının əməkdaşlarının TRT-də təcrübə mübadiləsi keçməsi qərara alınıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.