Mədəniyyət

Uşaq Filarmoniyasında "Zəfər" festivalı çərçivəsində konsert keçirildi - FOTO

6 Noyabr 2023 14:54
Baxış: 1 105
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Günü münasibətilə keçirilən "Zəfər" musiqi və teatr festivalı silsilə tədbirlərlə davam edir. Festivalın növbəti musiqili tədbiri Azərbaycan Dövlət Uşaq Filarmoniyasında keçirilib.

Gecədə Dövlət Uşaq Filarmoniyasının "Şəms" uşaq xoru, vokal sinifi, "Sədəf" xalq çalğı alətləri ansamblı, oğlan və qızlardan ibarət rəqs kollektivləri çıxış edib.

Konserti mədəniyyət, incəsənət xadimləri, şəhid, qazi övladları və digər qonaqlar izləyiblər.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra konsert proqramı təqdim olunub.

Proqramda "Qaytağı", "Nəlbəki", "Şuşanın dağları", "Şələqoy", "Qaval", "Lakkuti", "Şənlik", "Yaşa" rəqsləri, "Bayatı-Şiraz", "Söz olmasaydı", "Bulaq üstə", "Qarabağ", "Ey Azərbaycanım" və digər musiqilər ifa edilib.

Konsert tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.