Mədəniyyət

Ramin Bayramlı bədii yaradıcılığa başladı - Foto

30 Oktyabr 2023 20:38
Baxış: 1 252
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) keçmiş sədri Ramin Bayramlı bədii yaradıcılığa başlayıb.

Milli.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, həkim mikrobioloq hazırda Azərbaycan Tibb Universitetinin (ATU) Tibbi mikrobiologiya və immunologiya kafedrasında dosent vəzifəsində çalışır.

O, elmi-tibbi fəaliyyətlə yanaşı, bədii yaradıcılıqla da məşğul olur. TƏBİB-in sabiq sədrinin bədii yaradıcılığa başlaması isə onun Türkiyənin Cümhuriyyət bayramına həsr etdiyi "Canım, canım, Türkiyem" şeiri ilə məlum olub. Müəllif şeirdə ulu türk sultanlarını, Türkiyəni və onun qurucularını mədh edib.

Qeyd edək ki, Ramin Bayramlı 2019-2021-ci illərdə TƏBİB-in sədri vəzifəsində çalışıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.