Mədəniyyət

Gülnarə Xəlilovanın "Qarabağ" kolleksiyası Qazaxıstanda təqdim olundu - VİDEO - FOTO

10 Oktyabr 2023 15:29
Baxış: 887
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gülnarə Xəlilovanın "Qarabağ" kolleksiyası Qazaxıstanda "Şuşa şəhəri günləri"  çərçivəsində təqdim olunub.

Şuşa şəhərinin 2023-cü il üzrə "Türk dünyasının mədəniyyət paytaxtı" statusunu daşıması ilə əlaqədar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun "Şuşa şəhəri günləri" layihəsi Şuşa şəhər Dövlət Qoruğu İdarəsi və Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyi ilə birgə əməkdaşlığı çərçivəsində Qazaxıstanın Astana və Türkistan şəhərlərində təşkil edilib.

Təbbirlər çərçivəsində tanınmiş dizayner Gülnarə Xəlilovanın "Qarabağ" kolleksiyası böyük maraq doğurub. Bu kolleksiya Azərbaycan mədəniyyətində xüsusi yer tutur və Qarabağın geri qaytarılmasına həsr olunur. Qarabağın 12 tarixi şəhərini (Ağdam, Ağdərə, Cəbrayıl, Füzuli, Xankəndi, Xocalı, Xocavənd, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa və Zəngilan), eyni zamanda, əsrlər boyu formalaşmış milli ənənələri və mənəvi dəyərləri özündə cəmləşdirir.

Gülnarə Xəlilova qeyd edib ki, layihənin əsas məqsədi Azərbaycanın və bütövlükdə türk dünyasının ayrılmaz hissəsi olan Qarabağın çoxəsrlik geyim mədəniyyətini geniş auditoriyaya çatdırmaqdır.

Gülnarə Xəlilova-Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya etnodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç, Serbiya və digər ölkələrdə moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.