YARAT multimedia rəssamı Tatarintsevin “MONO” adlı fərdi sərgi-layihəsini təqdim edir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
YARAT Müasir İncəsənət Məkanı multimedia rəssamı Maksim Tatarintsevin "MONO" adlı fərdi sərgi-layihəsini təqdim edir.
Açılış: 28 sentyabr, 19:00
Məkan: ARTIM Layihə Məkanı
Sərginin müddəti: 28 sentyabr - 30 dekabr
Ünvan: İçərişəhər, Kiçik Qala küç., 5
"MONO" - (qədim yunan dilindən μόνος (mónos), "tək, tənha, yalnız").
Sərgi, dövrünün əksi olaraq, yadlaşmış və absurd vəziyyətinə düşmüş insanının sürətlə dəyişən reallığı mənalandırması haqqındadır. Aydındır ki, insan həyatının qeyri-stabilliyi adiləşmiş bir hal alıb. Artan geosiyasi konfliktlər, habelə immiqrasiya və təbii fəlakətlər şəxsi kontekstdə dərin təsir göstərir. Eyni zamanda süni intellekt texnologiyalarının sürətli inkişafı bu hadisələr ilə paralel addımlayır. Maksim Tatarintsev bu sərgi-layihə üçün, süni intellektdən istifadə edərək əsərlər yaradıb. Ekspozisiya rəssamın postimmiqrasiya dövrünün yaratdığı mənasızlıq və absurd hissi haqqında düşüncələri nəzərdən keçirməsini ehtiva edir və müəllifin hal-hazırkı subyektiv reallığını vurğulayır.
Sərgi, bütövlükdə tamaşaçıya söylənilən şəxsi monoloq olsa da, ekspozisiya boyunca rəssam, süni intellektlə daimi dialoqdadır. Bu dialektikada süni intellekt bir növ həll yolu göstərən bələdçi rolunu oynayır və müəllifin absurd içində məna axtarışları, habelə sorğu-suallarını müşayiət edir. Süni intellekt müəllifin demək olar ki, bütün addımlarını diktə edir. Bu göstərişlərin çox halda irrasional olmasına baxmayaraq, rəssamın onlara əməl etməsi, kənar güclərin və vəziyyətlərin onun özünüdərkinə və həyatına necə təsir göstərdiyinə, hətta idarə etdiyinə işarə edir. Sərgidə rəssam tənqidi sual ortaya qoyur: "Özümüzdən asılı olmayan hadisələrə kortəbii təslim olaq, yoxsa mübarizə aparaq?"
Maksim Tatarintsev süni intellekt ilə qarşılıqlı əlaqə qurur və bu qarşılıqlı əlaqənin imkanlarını, həmçinin məhdudiyyətlərini nəzərdən keçirərək, süni intellektin sürətli inkişafının mümkün nəticələrini tədqiq edir. Beləliklə, sərgi etika və məsuliyyətlə bağlı suallar doğurur, realın qeyri-realdan, əslin saxtadan ayırmağın get-gedə müşkül olduğunu vurğulayır.
Sərginin kuratoru: Zəhra Məmmədova
Rəssam haqqında:
Multimedia rəssamı Maksim Tatarintsev (d. 1991, Ukrayna) 2014-cü ildə S. Stroqanov adına Moskva Dövlət Bədii-Sənaye Akademiyasının "Mühit dizaynı" fakültəsini, 2018-ci ildə isə İ. Bakşteyn adına Müasir İncəsənət İnstitutunu bitirib. Onun yaradıcılığının əsas mövzusu şəxsiyyətin inkişafının mənbəyi kimi sosial mühitdir. Əsasən video-art istiqamətində çalışan rəssam, yaradıcılığında zaman anlayışını dərk etməyə çalışaraq, bu amilin dövri və nisbi xüsusiyyətlərini vurğulayır. Rəssamın bir sıra fərdi sərgiləri keçirilib: "By My Side"
("DORDOR" Qalereyası, Nyu-York, ABŞ, 2021); "Xronometraj" ("PRO ART`S" Qalereyası, Kaluqa, Rusiya, 2020). O, həmçinin çoxsaylı qrup sərgisi və layihələrin iştirakçısıdır, o cümlədən: "SafeZone" (ARTIM Layihə Məkanı, Bakı, 2022); "Şeylər" ("ART4" Muzeyi, Moskva, Rusiya, 2022); Fisura Beynəlxalq Eksperimental Film və Video Festivalı (Meksika, 2021); "COSMOSCOW" İncəsənət Yarmarkası (Moskva, 2020); "Die Wahrheit" (Peterburq İncəsənət Məkanı, Berlin, Almaniya, 2018), Beynəlxalq Gənc İncəsənət Biennalesi (Moskva, Rusiya, 2018, 2016) və s. Onun əsərləri bir sıra mükafatlara layiq görülüb.
Sərginin iş rejimi: Çərşənbə axşamı - bazar, 12:00 - 20:00
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Bakıda ikinci “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı keçiriləcək - (Foto)
XƏBƏR LENTİ
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Banqkok fəlakət zonası elan edildi - (Video)
-
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
-
“Uzak Şehir”də yeni sima - (Foto)
-
“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı
-
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
-
Ağcabədidə qəza zamanı ölən iki qardaşın kimliyi məlum olub - Yenilənib (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - (Video)
-
Mehriban Xanlarova buna görə verilişlərə getmir
-
Keçmiş deputat vəzifədən azad edildi
-
Formula 1 Azərbaycan Qran-Prisi: Startdan finişə 2 min könüllü yarışın hər anında - (Foto)
-
Finişə qədər hər saniyə hazır: marşallar yubiley Qran-Prisini başa vurdular - (Foto)
-
Corcun Qubada toyu oldu - (Video)
-
“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan (Videosu)
-
Elnarə Abdullayeva nənə olacaq - (Video)
-
Yük maşını “Opel”lə toqquşub yol kənarına aşdı - Xəsarət alan var - (Video)
-
Müğənni Bakıda butulkanın içində konsert verdi - (Video)
-
Leysan olacaq, çaylardan sel keçəcək - Xəbərdarlıq
-
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırıldı - (Foto)
-
Bakı artıq avtoidman həvəskarlarının səbirsizliklə gözlədiyi mühüm bir mərkəzə çevrilib - Anar Ələkbərov
-
"İran nüvə silahına sahib ola bilməz"
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Foto/Video)
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu - (Yenilənib)





