“Kremerata Baltika” solistləri Heydər Əliyev Mərkəzində çıxış ediblər - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İyunun 9-da Heydər Əliyev Mərkəzində "Kremerata Baltika" Kamera Orkestri solistlərinin konserti olub.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, konsertdə Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi ilə Bakı Kamera Orkestri də çıxış edib. Azərbaycanlı dirijoru "Kremerata Baltika" ilə yaradıcı dostluq bağlayır. O, mütəmadi olaraq müxtəlif festivallarda məşhur orkestr ilə çıxış edir.
Mükəmməl ifası ilə dünyada böyük rəğbət qazanan "Kremerata Baltika" ilk dədə geniş auditoriyaya 1997-ci ildə Avstriyanın "Lokenhaus" festivalında orkestrin direktoru, tanınmış skripka ifaçısı Gidon Kremer tərəfindən təqdim olunub. Orkestrdə Latviya, Litva və Estoniyadan olan istedadlı gənc musiqiçilər ifa edirlər. Kollektivi yaradarkən tanınmış maestro Baltik regionundan olan gənc həmkarları ilə zəngin təcrübəsini bölüşmək məqsədi güdürdü. İlkin mərhələdə fəaliyyəti uzunmüddətli təhsil layihəsi kimi nəzərdə tutulan gənc kollektiv qısa zamanda tədris prosesi çərçivəsindən çıxaraq Avropanın məşhur və konsertləri böyük maraqla gözlənilən orkestrləri sırasına daxil olub.
Kollektiv dünyanın aparıcı musiqi meydanlarında fərqli ifaları ilə dinləyicilərin sevgisini qazanıb. "Kremerata Baltika" dünyanın 50-dən çox ölkəsində mindən çox konsert proqramı ilə çıxış edib. Musiqiçilər 20-dən çox CD yazıb, 2002-ci ildə isə "Qremmi" mükafatına layiq görülüb.
"Kremerata Baltika"nın solistləri Litvada yaşayan 9 musiqiçidən ibarət olan ansambldı. Onlar məşhur orkestrin ənənələrini davam etdirərək gənc litvalı bəstəkarlarla fəal əməkdaşlıq edir, onların əsərlərini proqramlarına daxil edirlər. Həmin əsərlərdən bəziləri Bakı konsertində səslənib.
Bakı konsertinin solistləri - Litva "Kremerata"sının yaradıcısı, skripka ifaçısı Dzeraldas Bidva və tanınmış violonçel ifaçısı, bir çox müsabiqələrin laureatı Giedre Dirnavauskaitedir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
-
İlk “Milli Geyimlər Günü” festivalı çərçivəsində Gülnarə Xəlilovanın kolleksiyası təqdim olunub - (Foto)
-
Türk Dünyası Bəstəkarlar İttifaqının – "Turkic Union of Composers" yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb - (Foto)
-
Milli Musiqi Günü münasibətilə Gəncə Dövlət Filarmoniyasında konsert proqramı keçirilib (Foto)
-
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının qala-açılış konserti keçirilib - (Foto)
-
Züleyxa İbad Berlində üç rəssamı bir araya gətirən "Tanış yadlar" sərgisini təqdim edib - (Foto)
XƏBƏR LENTİ
-
İki dəfə aldanmalarına imkan verməyən bürclər
-
"Kastinqlərdə şalvarımı çıxarmağımı istəyirdilər" - Sandra Bullok
-
Sarı yoxsa yaşıl? Bananı bu şəkildə yeyənlər diqqətli olsunlar
-
Niyaməddin Musayev bu yolla formada qalır - (Video)
-
Həftədə 25 saat hosteldə işləyib... Bu ölkədə pulsuz yaşamaq olar
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
Ərdoğan ABŞ-yə getdi
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələr kəsildi
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
"Sumqayıt" "Kəpəz"lə heç-heçə edib





