Mədəniyyət

Xalq artisti xəstəxanaya yerləşdirildi

30 Dekabr 2022 16:08
Baxış: 1 758
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xalq artisti tarzən Ağasəlim Abdullayev xəstəxanaya yerləşdirilib.

Milli.Az xəbər verir ki, Yeni Klinikadan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Xalq artisti qarın bölgəsində ağrı şikayəti ilə təcili tibbi yardım şöbəsinə müraciət edib.

"Xəstəyə anamnestik, laborator və instrumental müayinələrin nəticəsinə əsasən kəskin pankreatit diaqnozu qoyulub və stasionar müalicə üçün terapiya şöbəsinə yatırılıb. Xəstə şöbəyə qalxdıqdan sonra müalicəsinə dərhal başlanılıb".

Həmçinin qeyd olunub ki, Ağasəlim Abdullayevin bu gün səhərki vəziyyəti kafi olaraq qiymətləndirilib və müalicəsi davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.