Mədəniyyət

Zəfərimizin ikinci ildönümü “Yarımçıq qalmış…” göstərildi

8 Noyabr 2022 17:59
Baxış: 941
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında  Zəfər Günü münasibətilə "Yarımçıq qalmış" tamaşası nümayiş etdirildi.  2016-cı  ildə 4 günlük aprel döyüşlərində şəhid olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "heykəltəraşlıq" fakültəsinin məzunu Samir Kaçayevin xatirəsinə həsr olunmuş tamaşa Yefim Abramov və Leyla Bəyimin "Xəyalpərvər oğlanlar" əsəri əsasında Xalq artisti, mərhum rejissor Vaqif Əsədov tərəfindən hazırlanmışdır.

"Dördgünlük müharibə" dörd ildən sonrakı "44 günlük müharibə"nin təməlini qoymaqla, böyük zəfərimizin başlanğıcı oldu. Bizim qələbəmiz  yarım qalmış xəyallar, arzular və böyük itkilər hesabına qəhrəmanlıq salnaməmizin ən gözəl səhifələrindən birinə çevrildi...

Tamaşada rolları Əməkdar artistlər Leyli Vəliyeva, Elnur Bəhramxan, aktyorlar Bəhram Əliheydər, Asya Atakişiyeva, Vahid Orucoğlu, Nuriyə Əliyeva, Aygün Fətullayeva, Xəyalə Qasımova, Gülbəniz Lətifova, Ramil Məmmədov, Elgün Yəhyayev, Mirzə Ağa Mirzəyev, Ramiq Nəsirov, Tahir İsmayılov, Xaliq Bəkirov ifa etdilər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.