Mədəniyyət

Opera və Balet Teatrında “Kənd namusu“ operasının tamaşası keçirilib - FOTO

20 Oktyabr 2022 17:40
Baxış: 902
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Oktyabrın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında italyan 
bəstəkarı Pyetro Maskaninin " Kənd namusu " operasının tamaşası keçirilmişdir.

"Kənd namusu" operasının ilk tamaşası 17.05.1890-cı ildə Romanın "Konstants"
teatrında baş tutmuşdur. Bu opera son dərəcə gözəl musiqisi və kəskin dramatik sujeti ilə fərqlənir. Opera Maskani yaradıcıllığının ən uğurlu əsərlərindən biri hesab edilir və bu günə kimi bir çox dünya teatrlarının repertuarını bəzəyir.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında " Kənd namusu " operası
2015-ci ildə almaniyalı rejissor Lüdviq Bauman və dirijor Korneliya fon Kerssenbrok 
tərəfindən səhnəyə qoyulmuş və repertuara daxil edilmişdir.

Oktyabrın 19-da keçirilən tamaşada əsas rolları Xalq artisti Fidan Hacıyeva (Santutsa), Əməkdar artistlər Ramil Qasımov (Turiddu), Səbinə Vahabzadə (Lüçiya), aparıcı solistlər Nina Makarova (Lola) və Taleh Yahyayev (Alfio) ifa etmişlər. Anşlaqla baş tutan tamaşa boyu tamaşaçılar solistlərin ifalarını alqışlarla qarşılamışlar.

Opera tamaşasında Əməkdar incəsənət xadimi Sevil Hacıyevanın rəhbərliyi altında
xor kollektivinin və Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlovun idarə etdiyi simfonik orkestrin professional ifalarını xüsusilə qeyd etmək lazımdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.