Oğlunun ölümünü ondan gizlədilər, sənətinə görə ailəsi dağıldı, ömrünün sonuna kimi tək yaşadı - Şəfiqə Axundova haqqında maraqlı faktlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
26 iyul Xalq artisti, bəstəkar Şəfiqə Axundovanın anım günü idi.
Milli.Az kulis.az-a istinadən bu münasibətlə bəstəkar haqqında maraqlı faktları təqdim edir.
Şəfiqə Axundova 1924-cü ildə Şəki şəhərində anadan olub. 1943-1944-cü illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəyovdan dərs alıb. 1956-cı ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq ixtisası üzrə B. Zeydmanın sinfini bitirib. Şərqdə ilk opera yazan ilk qadın kimi tarixə düşüb.
Şəfiqə xanımın sənətə gəlməsində böyük bacısı Zümrüd Axundovanın rolu çox olub. O, həmişə Şəfiqə xanımı dəstəkləyib. Zümrüd xanım universitet müəllimi, həyat yoldaşı isə akademiyanın prezidenti idi. Onların evlərinə şəhərin ən ziyalı adamları yığılırdı. Bir gün Zümrüd xanım yazıçı Mirzə İbrahimova deyir ki, "ay Mirzə, bəlkə, sən Şəfiqəni aparıb Üzeyir bəylə tanış edəsən. Deyərsən, belə bir istedadlı qız var". Mirzə İbrahimov razılaşır.
Bəstəkar müsahibələrindən birində ustadı ilə bağlı xatirəsini dilə gətirir: Müharibə illəri idi. Mən cavan vaxtlarımda qırmızıyanaq qız idim. Gəldim dərsə, Üzeyir bəy məni gördü, dedi: "Qalx ayağa. Sənin rəngin niyə belədir?". Mən də dedim ki, "heç, elə belə"... Dedi "gəl bura", keçdi stolunun arxasına çantasından çörək çıxartdı. Çörəyin üstünü kəsib mənə uzatdı, alt hissəsini isə özünə saxladı və mənə dedi: "Sənin rəngin mənim xoşuma gəlmir, bunu ye". Üzeyir bəy mənə çörəyi uzadanda çox utandım. Bu xatirə həyatım boyu yadımdan çıxmaz.
Şəfiqə xanım çox qısa müddət ailəli olub. Bu evlilikdən onun cəmi bir övladı doğulub. O, bir də heç vaxt ailə qurmayıb, ömrünün sonuna qədər tək yaşayıb. Şəfiqə xanım məşhur "Lay-lay" mahnısını isə oğluna bəstələyib. Bütün ümidlərini bağladığı Taleh Hacıyev isə gənc yaşlarında ruhi xəstəliyə tutulub.
***
O, həyat yoldaşından ayrılmasının səbəblərini müsahibələrinin birində belə izah edir. "Yoldaşım məni başa düşmürdü. Ya ailə, ya sənət. İkisi bir yerdə tutur deyən adam yarımçıq sənətkardır. Tam mənası ilə özünü sənətə həsr etmək üçün gərək tənha olasan. Mən bu tənhalığı seçdim və özümü sənətə həsr etdim!"
Deyilənə görə İranda, şah dövrü zamanı "Azad Azərbaycan qadını" adlı rüsvayçı bir məqalə dərc edilib. Üstəlik, həmin qəzetdə Şəfiqə xanımın da intim fotoları yer alıb. Sovet dövründə bu məsələyə görə bəstəkarın başı çox ağrıyıb, hətta onu Dövlət Təhlükəsizlik Komitəsinə çağıraraq ondan izahat da alıblar. Bu barədə ona verilən suala isə Şəfiqə xanım belə cavab verib: Yox, yox, yalan söhbətdir, nə danışırsınız.
***
Şəfiqə Axundovanın bir çox mahnıları dilimizin əzbərinə çevrilib. O, "Həyat, sən nə şirinsən", "Gözlərimin işığı sənsən", "Tapmayacaqsan məni", "Mehriban olaq", "Hardasan sevgilim, gəl", "Gəl ey səhər" kimi 300-dən çox mahnının, romansların "Gəlin qayası" operasının müəllifidir.
"Mehriban olaq" mahnısının yazılması isə qəribə olub. Şəfiqə xanımın qonşuluğunda yaşayan iki qadın günlərin birində bərk dalaşırlar. İki gün sonra isə tamaşa vaxtı iki tamaşaçının yer üstündə dalaşdığını görür. Bu hadisələrin hər biri bəstəkara pis təsir edir. Və o, "Mehriban olaq" mahnısını yazmağı qərara alır.
Oğlu Taleh Hacıyev çox böyük istedada malik olsa da, anası qədər tanınmırdı. İndi də çox az insan Talehin yaradıcılığı ilə tanışdır. Amma onun 18-20 yaşlarında bəstələdiyi "Belə qəmli dayanma" adlı mahnısı çox böyük məşhurluq qazanıb. Lakin insanlar Taleh Hacıyevi daha çox pianoçu kimi tanıyıblar.
***
Oğlunun hədsiz dərəcədə sevən ana onun haqqında belə deyirdi: "Mənim oğlum gözəl piano çalırdı, o, çalanda hamı heyran qalardı. Gözəl pianoçu idi. Ondan çox nigaranam, mən dünyada olmayanda, o necə yaşayacaq, nə edəcək? Axı uşaq kimi safdır, köməksizdir. Allahdan ömür istəyirəm ki, onu tək qoymayım bu dünyada".
Taleh uzun illər bu xəstəliklə mübarizə aparsa da, 2008-ci ilin iyul ayının 26-da Maştağada yerləşən ruhi əsəb xəstəxanasında vəfat edir.
***
Oğlunun ölümü Şəfiqə xanımdan uzun müddət gizlədilir. Yalnız qırx mərasimi başa çatandan sonra Şəfiqə xanım oğlu Talehin vəfat etdiyini öyrənir.
Ağır ürək xəstəliyi keçirən Şəfiqə xanım son günlərini xəstəxanada keçirir. Onun yanına gələn əməkdar artist Aybəniz Haşımovaya və millət vəkili Qənirə Paşayevaya bu sözləri deyir: "Məni ölməyə qoymayın. Mən yaşamaq istəyirəm... Bu sözlərdən bir neçə gün sonra gözəl bəstəkar Şəfiqə Axundova 2013-cü ilin iyul ayının 26-da, oğlu Talehdən beş il sonra onun vəfat etdiyi gündə dünyasını dəyişir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Bakıda ikinci “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı keçiriləcək - (Foto)
-
Bakıda Gəncə Dövlət Filarmoniyasının konserti keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Sumqayıtda baş verən qəzada bir nəfər ölüb
-
Bakıda ''Cantəpə''adlanan ərazidə yolda bərbad vəziyyət - (Video)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
BMT-də Netanyahuya qarşı kütləvi boykot - (Video)
-
Naomi Kempbell keçmiş nişanlısı ilə Bakıda - (Foto)
-
Günün qoroskopu: Həyatınıza yad bir insanın daxil olması ehtimalı var
-
Ceyhun Bayramov ABŞ biznes nümayəndələri ilə görüşdə Azərbaycanın strateji prioritetlərini açıqlayıb - (Foto)
-
Əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - (Video)
-
“Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur” - Ərdoğan
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - (Video)
-
Çin sədrinin Ağ Evə səfəri öncəsi jurnalistlər arasında qalmaqal - (Video)
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Bakıda gənc qızı motosiklet vurdu - (Video)
-
Marek Kalinaya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
-
Sübhan Mamedov Avropa çempionu olub - (Foto)
-
BƏƏ İrana uçuşları dayandırdı
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var - Yenilənib
-
Marina Vladi vəfat etdi
-
Ceyhun Bayramov Kot-d’İvuar XİN rəhbəri ilə regional məsələləri müzakirə edib - (Foto)
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib
-
Qazaxıstanda ölən hərbçilərin sayı 12-yə çatıb
-
“Sabah”ın matçına gedənlərin nəzərinə
-
"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti Xalidə Quliyeva





